Siyasət

  • 8 271

“Bu, Azərbaycan Prezidentinin diplomatik qələbəsidir” Ramiz Şabanov

image

“Bu gün bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir. Həmçinin, reallaşdırılan sosial-iqtisadi dəstək proqramları, genişmiqyaslı antiböhran tədbirlər də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir”. Bu fikirləri YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov SİA-ya açıqlamasında bildirib.R.Şabanov onu da vurğulayıb ki, Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir: "Bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Xüsusilə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü zamanın həmrəylik çağırışı olmaqla yanaşı, həm də ilk növbədə dövlət başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisi olduğunu göstərdi. Bir məqamı da vurğulamaq istəyirəm ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilata sədrliyi öz üzərinə götürən zaman dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Göründüyü kimi, COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli birdir. Zirvə görüşündə ölkə başçısı Azərbaycanın koronavirusla mübarizə modelini dünyaya təqdim edərkən faciənin qarşısının alınması üçün həmçinin, dünyaya yol göstərdi".Rayon təşkilatının sədri R.Şabanov onu da bildirib ki, dövlətimizin başçısının apardığı düşünülmüş uğurlu siyasəti, həmçinin dövlətləri və millətləri birləşdirən siyasət olduğunun və bu gün 130 ölkənin dövlət başçımızın təşəbbüsünün dəstəklənməsi dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir: "Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Və bu günlərdə Azərbaycan Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca hazırda Hərəkatın sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdır. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində rəsmi məlumatlara görə, 130-a qədər ölkə təşəbbüsə dəstək verib. Bu isə, ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar, işğalçı ölkə olduğunu göstərdi".R.Şabanov onu da vurğulayıb ki, dövlət başçımızın hər bir uğurlu imzası, diplomatik xarici siyasəti xalqımıza qurur hissi aşılayır: "Tərtərlilər də bu sevinci yaşadı. Tərtər rayonu cəbhə bölgəsi olduğu üçün Ermənistanın işğalçı və faşist xislətoli olduğunun dəfələrlə şahidi oluruq. Və Azərbaycan Prezidenti İlham Əliyevin bu uğuruna dünya xəritəsində olmayan bir xalqın, rəzil, saxtakar, dövlət başçımızın dediyi kimi oğru, faşist Paşinyan kimilərin razı olub olmamasının əhəmiyyətli də deyil. Gözəl bir deyim var: "Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir". Bu həqiqətən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan başqalarına qarşı əsassız ittihamlarla çıxış etməklə, yalan və əsassız iddialar irəli sürməyə vərdiş etsə də Azərbaycan Prezidnti İlham Əliyevə yalan danışdıqda bədəlin ödəməli olur. Xüsusilə də, son vaxtlar Paşinyan hökumətinə qarşı bir-birinin ardınca Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vurulan zərbələr, onun ardınca iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrin keçirdiyi Sammitdə dövlət başçımız tərəfəindən rəzil vəziyyətə düşməsi tərtərliləriin sevincinə səbəb olub. Belə zərbələrin dəfələrlə şahidi olmuşuq. Ən əsas isə dövlət başçımızın Ermənistanın faşist baş nazirinin dediyinin əksi olaraq, "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır" deməklə Paşinyana növbəti dəfə tarix dərsi keçməklə bütün dünyaya sübut etdi ki, artıq erməni saxtakarlığı keçmir.Prezident İlham Əliyev bir daha beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan dövləti ərazicə kiçik, əhalisinin sayına görə az olsa da, sözün əsl mənasında güclü dövlət və böyük xalqdır. Və Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə və məşəqqətlərə düçar olacaq".

sia.az

Digər xəbərlər