Habil Qurbanov: “Dövlət başcısı beynəlxalq səviyyədə qətiyyətli təşəbbüslər irəli sürür”

“Bütün dünyada tüğyan edən koronavirus pandemiyasının ölkəmizdə yayılmağa başladığı ilk günlərdən Azərbaycan dövləti bu təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirib. Prezident İlham Əliyevin göstərişi ilə həyata kecirilən tədbirlərin nəticəsi olaraq dünyanın əksər ölkələri ilə müqayisədə pandemiyaya qarşı mübarizədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub. Dövlət başcisinin düşünülmüş siyasəti, peşəkar və çevik göstərişlərinin məntiqi olaraq ölkəmiz virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır”. Bunu "Səs" qəzetinə aciqlamasında Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib.Onun sözlərinə görə, dünyanı cənginə alan COVID-19 pandemiyası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu: “Dövlət başcisinin "Biz birlikdə güclüyük!" çağırışı xalqımızın həmrəylik şüarına çevrildi. Cənab Prezident çixişlarinin birində vurgulayib ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. "Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik" deyə dövlət başcisi cıxışlarının birində bildirmişdi. Ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, oraya ilkin olaraq, büdcədən 20 milyon manat vəsait ayrıldı. "Yeni Klinika" istifadəyə verildi, modul tipli xəstəxanıalarin tikilməsi ilə bağlı vəsait ayrıldı və Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Əlbəttə ki, insanlarin həyat səviyyəsinin yüksəldilməsi və maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiy işlər, verdiyi qərarlar, pandemiya dövründə işsiz şəxslərə ayırdığı 190 manat birdəfəlik müavinət, maddi yardımlar, sosial sahədə dövlət tərəfindən göstərilən dəstək dövlət başcisinin hər bir vətəndaşin prezidenti oldugunu bir daha göstərdi. Bütün dünyanı böhran bürüdüyü bir vaxtda Azərbaycanın demək olar ki, hər bölgəsində quruculuq-abadlıq işləri aparılir".Rayon təşkilat sədri onu da bildirdi ki, ölkə rəhbərliyi dünyanı əhatə edən koronavirusla mübarizədə həm yerli, həm də beynəlxalq səviyyədə qətiyyətli təşəbbüslər irəli sürərək gerçəkləşdirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tarixdə ilk dəfə onlayn formada Zirvə görüşünün keçirilməsi, Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təşəbbüsünün irəli sürülməsi və bu təşəbbüsün 130 ölkə tərəfindən dəstəklənməsi birmənalı olaraq Azərbaycanın və dövlətimizin başçısının beynəlxalq miqyasda nüfuzunu göstərir. BMT-nin üzvü olan dövlətlərin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan inamin daha bir ifadəsidir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir.

sia.az