"Xalqımız çağırışları qürurla qarşılayır" Nizami Mönsümov

"Ölkəmizin son illərdə əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər beynəlxalq müstəvidə təqdir olunur və Azərbaycanın inkişaf modeli demək olar ki, hətta inkişaf etmiş bir sıra dövlətlər tərəfindən öyrənilir. Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasəti nəticəsində bu gün ölkəmizdə bütün sahələr inkişaf edir, vətəndaşların sosial-iqtisadi problemləri həll olunur. Bütün dünya dövlətlərinin yeni növ koronavirusa (COVİD-19) qarşı mübarizə apardığı bir dövrdə Azərbaycanın həyata keçirdiyi tədbirlər bir nümunə kimi qeyd olunur. Bu, dövlətimizin və dövlət başçımızın uğurudur". SİA-nın verdiyi məlumata görə, bu fikirləri "Yeni Azərbaycan" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Nizami Mönsümov deyib.Onun sözlərinə görə, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin qurumun Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın növbəti göstəricisidir.N.Mönsümov onu da bildirib ki, Azərbaycan hələ mart ayından etibarən koronavirusa qarşı qlobal mübarizəyə töhfələr verir, yardımlar göstərir: "Möhtərəm Prezidentimiz dəfələrlə vurğulayıb ki, bu gün dünyanın bir sıra dövlətləri koronavirusla mübarizə çərçivəsində yardımlar alır. Azərbaycan isə yardım edən ölkə statusunda çıxış edir. Ölkə daxilində tətbiq olunan bir sıra qaydalar, dövlətin koronavirusla mübarizədə aktiv fəaliyyəti pandemiyadan itkilərin çoxalmasının qarşısını alır. İqtisadi sabitliyin qorunması üçün vətəndaşlara, sahibkarlara edilən yardımlar xalqın rifahının yüksəldilməsində əsaslı rol oynayıb. Təbii ki, bütün bunlar Azərbaycanın qazandığı uğurlardır. Bu gün bütün xalqımız Prezident İlham Əliyevin qlobal çağırışların təşəbbüsçüsü qismində çıxış etməsini, dünyanın aparıcı dövlətlərinin, təşkilatlarının bu çağırışları birmənalı şəkildə dəstəkləməsini qürurla qarşılayır. İnanırıq ki, yaxın zamanlarda dünya koronavirus bəlasından xilas olacaq və yenidən normal həyata qovuşacaq".

sia.az