“Atəşkəsin pozulmasının məsuliyyəti işğalçı Ermənistanın üzərindədir” ÖZƏL-MÜNASİBƏT

“Bildiyimiz kimi, Azərbaycan ictimaiyyətinin və təbii ki, bütün dünya ictimaiyyətinin gözü cəbhədə baş verən hadisələrdədir. Erməni Silahlı qüvvələrinin cəbhədə etdiyi təxribatçı hərəkətlərə Azərbaycan ordusu layiqli cavabını versə də Ermənistan rəhbərliyi və onun havadarları məsələni mahiyyətindən çıxarıb öz daxili auditoriyasını aldatmaq üçün zavallı obrazında girir və guya atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edir.” Bu söləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.Təşkilatın sədri xatırladıb ki, bu təxribat da bizim artıq əsrlərdir gördüyümüz erməni riakarlığının və məkirinin yeni təzahürüdür. “Sözsüz ki, hamı gözəl başa düşür ki, Azərbaycan Ordusu öz dövlət sərhədlərini qoruyur və işğal olunmuş torpaqların azad olması ilə bağlı Ali Baş Komandanın əmrini gözləyir. Əgər, Azərbaycan torpaqlarını hərbi yolla azad etmək istəsə, bunu Ermənistanla sərhəd olan Tovuzdan deyil, işğal olunmuş ərazilərdən, Dağlıq Qarabağdan başlayar. Görünən odur ki, Azərbaycan sülh danışıqları prosesinə sadıq olmaqla bərabər erməni təxribatına lazımlı cavab vermək məcburiyyətində qalmışdır. Cənab Prezidentin qeyd etdiyi kimi, "Şəhidlərimizin qanı yerdə qalmamışdır". Ermənistan rəhbərliyi mın bir oyundan çıxaraq buna başqa rəng versə də, dünya ictimaiyyətinin tərəfsiz müşahidəçilərinin məsələyə obyektiv qiymət verəcəyi hamıya məlumdur.Hamıya məlumdur ki, Azərbaycan Ermənistanla müharibə şəraitində və ərazilərimiz işğal altındadır. Cəbhədə atəşkəsin pozulmasının siyasi məsuliyyəti ilk növbədə işğalçı dövlətin Ermənistan respublikasının üzərindədir. Azərbaycan ictimaiyyəti erməni fitnəkarlığının nə olduğunu yaxşı bilir, ordusuna və Ali Baş Komandanına inamı tamdır. Erməni təzribarlarının misli ilə cavabının veriləcəyinə inanır və ictimaiyyəti bu prosesdə sayıq və həmişə olduğu kimi, Azərbaycan ordusunun və Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram”, deyə Ruhiyyə Aslanova bildirib.

sia.az