PDF Oxu

Siyasət

  • 7 748

İsveçrənin siyasi dairələri Ermənistanın son hərbi təxribatları ilə bağlı məlumatlandırılıb

İsveçrənin siyasi dairələri Ermənistanın son hərbi təxribatları ilə bağlı məlumatlandırılıb

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə törətdiyi təxribatçı əməllərin İsveçrə Konfederasiyasının rəsmi orqanlarının diqqətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə Bern paytaxt şəhərinin prezidenti Alek von Qraffenrid arasında görüş keçirilib. Eyni zamanda İsveçrə parlamentində İsveçrə-Azərbaycan Dostluq qrupunun yeni sədri Liberallar siyasi partiyasının üzvü Loran Verli, İsveçrənin ən böyük siyasi partiyası olan İsveçrə Xalq Partiyasının üzvləri, Cenevrə kantonundan olan millət vəkili İv Nidegger və Tiçino kantonundan olan millət vəkili Marko Çiesa Ermənistanın son hərbi təxribatı ilə bağlı təfərrüatlı şəkildə məlumatlandırılıb.SİA xəbər verir ki, sözügedən təxribat ilə bağlı İsveçrənin Xarici İşlər Nazirliyi, nüfuzlu siyasətçiləri, aparıcı mətbu orqanları, o cümlədən Sürixdə yerləşən hazırda İsveçrənin ən böyük və funksional mətbəə mərkəzi olan “Tamedia AG” şirkəti Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən məlumatlandırılıb. İsveçrədə erməni yalanları və təxribatlarının ifşa olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.Qeyd edək ki, görüşlər zamanı əsas müzakirə mövzusu son günlər Ermənistan tərəfindən törədilən hərbi təxribat olub. Səfir Xanım İbrahimova vurğulayıb ki, Azərbaycanın regionda liderlik mövqeyi, son zamanlar yüksək sürətlə artan inkişafı işğalçı Ermənistan dövlətini qıcıqlandırmaya bilməzdi. Ermənistanın bu təxribatı törətmək məqsədlərindən biri də bu ölkənin ağır iqtisadi durumu, COVID-19 pandemiyası ilə mübarizə apara bilməyən Ermənistan hakimiyyətinin əhalisinin diqqətini problemlərdən yayındırmaq və bölgədə gərginlik yaratmaqdır. Həmsöhbətlərinə Ermənistan-Azərbaycan münaqişənin tarixindən ətraflı bəhs edən səfir Ermənistanın ölkəmizin 20 faiz torpaqlarını 30 ilə yaxın bir müddət ərzində işğalda saxladığını, ölkəmizə məxsus mədəni və dini abidələrin ermənilər tərəfindən məhv edildiyini, bu işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz doğma yurdlarında didərgin düşdüyünü qeyd edib. Səfir əlavə edib ki, Ermənistanın bu təxribatı Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini şübhə altına alır, regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır.Öz növbəsində məsələyə münasibət bildirən həmsöhbətlər, eləcə də A.Qraffenrid Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatla əlaqədar narahatçılığını nümayiş etdirərək ölkəmizə dəstəkləyici mövqe sərgiləyib, İsveçrənin rəsmi mövqeyinə istinad edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb.

sia.az

Digər xəbərlər