PDF Oxu

Siyasət

  • 7 673

Ramil Həsən: Azərbaycan Ordusu hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir

Ramil Həsən: Azərbaycan Ordusu hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir

“Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədi boyunca Tovuz rayonunun kəndlərində yaşayan mülki şəxsləri hədəfə alıblar. Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir. Ermənilərin artilleriya atəşləri nəticəsində mülki şəxs həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq ermənilərin faşizm xislətinin sübutudur. Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan dəyib. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınanılmalıdır.” Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən bildirib ki, son dövrlər Azərbaycanın diplomatik cəbhədə qazandığı uğurları Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Onlar psevdopatriot bəyanatlar vermək və uğursuz hərbi diversiyalar təşkil etməklə erməni ictimaiyyəti qarşısında vəziyyətdən çıxmağa çalışırlar. Onun sözlərinə görə, bu cür uğursuzluqlarla üzləşən Ermənistan hakimiyyəti cəbhənin müxtəlif yerlərində təxribatlar yaratmaqla məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır: “Tovuz istiqamətində gedən döyüşlərdə erməni tərəfinin ölənlər haqqında məlumatları gizlətməsi, guya Azərbaycanın hərbi mövqelərinin və yeni yüksəkliklərin ələ keçirilməsi kimi dezinformasiya Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub, Ermənistan əhalisi və fəal sosial şəbəkə istifadəçiləri bu məlumatları kinayə ilə qarşılayaraq etiraz aksiyalarına başlayıblar. Paşinyan hakimiyyəti hesab edir ki, cəbhədə bu cür təxribatlar yaratmaqla öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxarmaq və hakimiyyətinə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq”.
“Azərbaycan Ordusu hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir. Artıq Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də bu aydın olur. Azərbaycan xalqı, ictimaiyyətimiz də öz Ordumuzun yanındadır”-deyə, deputat qeyd edib.R.Əliyev bildirib ki, qəhrəman Azərbaycan Ordusunun düşmənə vurduğu sarsıdıcı zərbələr onları panikaya salmışdır. Düşmən ordusunda ruh düşkünlüyü hökm sürür. Zabit və əsgərlər döyüşməkdən imtina edib qaçmaq istəyirlər. Lakin onlar məcburən saxlanılırlar və həbs edilirlər.“Bu döyüşlər göstərir ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və ruh yüksəkliyinə malikdir. Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək əzmindədir. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan – Ermənistan sərhədində baş verən döyüşlər bunu bir daha təsdiq edir. Bu döyüşlər eyni zamanda Azərbaycan Ordusunun, onun əsgər və zabitlərinin qəhramanlıqlarını nümayiş etdirir. Azərbaycan zabitləri əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə Vətəni bərabər qoruduqlarını göstərir. Azərbaycan xalqı fəxr edir ki, onun belə bir güclü və peşəkar ordusu var. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin dövlət səhədlərimizdə bundan sonra da törədə biləcəyi bütün təxribatlara layiqli cavab verəcək və lazım gəldikdə işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi üçün müvafiq tədbirləri həyata keçirəcək”-deyə, R.Əliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər