Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Azərbaycan-Ermənistan sərhədində yaşanan son hərbi təcavüz aktı ilə bağlı bir daha açıqlama verib.SİA-nın məlumatına görə, İbrahim Kalın NTV-yə müsahibəsində bildirib ki, Azərbaycanı təzyiq altında saxlamaq istəyirlər: "Diqqətdə olan əsas məsələ işğaldır, Ermənistanın Dağlıq Qarabağı işğalına son qoymaqdır.Bu məsələdə Azərbaycanın yanında olduğumuzu çox açıq və qəti şəkildə bildirmək istəyirik. Azərbaycanla hərbi əməkdaşlığımız onsuz da var".
sia.az