"Ermənilərin informasiya məkanında təxribatlarının sayı artıb". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib."Hiss olunur ki, qrupları var, müxtəlif dezinformasiyalar hazırlayıb hara gəldi ötürürlər. Metsamor məsələsi də işlərinə yaradığından bu mövzudan ikiəlli yapışıblar. İnanmaq istərdim ki, oxşar qrup bizdə də var, nəyi, necə və nə vaxt deməyin üzərində çalışmalar gedir, informasiya savaşında pərakəndəliyə yol vermək olmaz. Məsələn, vaxt itirmədən ermənilərin Metsamor ətrafındakı manipulyasiyalarına qarşılıq verəcək güclü arqument hazırlanmalıdır və ya ermənilər azərbaycanlıların nəzarət etdikləri bazarlarda qəbul edilməyən əriklərini Moskvadakı xəstəxanalara və ruslara pulsuz paylayırlar, hiyləgər gedişdir, bunun da qarşılığında biz də gərəkli piar gediş etməliyik. Bu məsələlərlə Bakıda mərkəzləşmiş şəkildə peşəkarlardan ibarət qrup məşğul olmalıdır"-deyə, politoloq fikrini tamamlayıb.
sia.az