Yaxud siyasətdə Əli Kərimli-Cəmil Həsənli sindromu
Həyatda qəribəliklər çoxdur. Bəzən onlar elə absurd məzmun kəsb edir ki, insan çox təəccüblənir: Yəni belə də ola bilərmiş? Bu gün təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatından «bəhrələn» AXCP törtöküntüləri nə etsələr də yenə də içlərindəki satqınçılıqlarını, riyakarlıqlarını və mənəviyyatsızlıqlarını gizlədə bilmədilər. Bir də zaman hər şeyi üzə çıxarır və hər kəs də gec-tez layiq olduğu cəzanı alır. .Və bu gün təcavüzkar Ermənistanın törətdiyi təxribatlarına həmişə dəstək verən radikal müxalifət, xüsusilə də AXCP sədri Əli Kərimli indi iş çətinə düşən kimi, «dövlətin yanındayıq» deməklə iblis xislətindən əl çəkmədiyini nümayiş etdirmək istədi. Ancaq bu o Əli Kərimlidir ki, belə şeytan oyunlarını çox edib və mətbuatda "bu çətin gündə dövlətin yanındayıq" demsi bu gün növbəti oyundur. Bu oyun minlərlə xalqın nümayəndəsi Bakı küçələrinə çıxaraq öz ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edən yürüş etdiyi bir zamanda iblis xislətli Əli Kərimli xalqın birlik aksiyasını ləkələməyi bacarsa da, istəyinə axıra qədər nail ola bilmədi.Çünki monolit xalq-iqtidar birliyi var. Və hər kəs artıq bilirdi ki, iyul ayının 14-də respublikamızın əksəriyyət bölgələrində zəfər, birlik yürüşləri keçirildi və ən böyük yürüş-aksiya Bakıda baş tutdu. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Burada Orduya və Ali Baş Komandana dəstək məqsədilə şüarlar səsləndirildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Eyni zamanda, bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Hətta bir gün sonra Prezident İlham Əliyevin çağırışından sonra 10 minə qədər vətəndaş könüllü hərbi xidmət üçün müraciət etdi. Ancaq əfsuslar olsun ki, uğurlarımıza kölgə salmağa çalışan bəzi təxribatçı qruplar Milli Məclisə daxil olmaqla, orada dağıntı törətməklə həm qələbəmizə, həm də ölkəmizin imicinə zərbə vurmağa hesablanmışdı. Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri təxribatçı qismində vətənpərvər vətəndaşlarımızın gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Sözsüz ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Amma cəmiyyətimiz bir daha gördü ki, ən çətin anlarda belə “beşinci kolon” xəyanətindən qalmır. Bu cür xəyanətkarlara heç bir güzəşt olmamalıdır, onlar layiqli cəzalarını almalıdır.
“Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar”
“Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin”. Sözügedən iclasda dövlət başçısı bildirib ki, Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı: “O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”.Olmayan vicdanın susması da abstrakdır. İstər Əli Kərimlinin, istərsə də Cəmil Həsənlinin qeyri-ciddi fikirləri isə daha çox onların özlərinə aid edilə bilər. Yaşının ahıl çağlarında yalan danışmaqdan, hərzə-hədyan deməkdən, gözə kül üfürməkdən usanmayan bu satqınlar aynada özünə baxsalar, daha yaxşı olmazdımı? Yazıqlar olsun! Əslində, AXC-nin belə törtöküntülərinə cavab verməmək də olardı. Ancaq bu gün Vətəni sevən, onun şəhidi üçün göz yaşı tökən, ordumuzun zəfəri üçün dua edən, dövlətimizin ayaqda qalmasını istəyən insanların, vətəndaşların sevgi hissələrinə, dövlətə qarşı qarşı təxribat törətmək, vicdansılıq, cinayətkarlıqdır. Bu sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi. Vicdan susanda isə faciələrin ardı-arası kəsilmir. Xüsusilə mövzu Vətən, Dövlət və Qarabağdırsa, səbir kasası daşa bilər!Budur Ə.Kərimli,C.Həsənli və onun kimi cinayətkarların əsl siması!
İqtidarın uğuru - radikalların iç üzü
Göründüyü kimi, hələ çox faktlar üzə çıxacaq. Doğrudur, xalqımız 2003-cü ildən bu günə kimi «müxalifət» deyilən qurumun hansı məqsədlərə və kimlərə quluq etdiklərini, ən əsası isə satqınçılıqlarını bilirdi. Və bu gün son 17 ildə zərbaycan Prezidentinin öz xalqına göstərdiyi qayğı və bütün dünyanı ağuşuna alan koronavirusa qarşı mübarizədə ancaq vətəndaşların sağlamlığının prioritet olduğunu deyərək dövlət başçımız “Biz birlikdə güclüyük” şüarı ilə bütün uğurlu addımları atdığını xalqımız görür və öz liderinə inanır. Və Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyasət sahəsindəki bu uğurları müxalifəti təşvişə salıb. Radikal fikirli , “görkəmli hüquqşünas “ , millət fədaisi” Əli Kərimli, öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən, mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və Sevinc Osmanqızı və digərləri bu çıxışa siyasi don geyindirməyə, heç kimin başa düşmədiyi siyasətdən danışsa da, həqiqət gec-tez üzə çıxır. Və Azərbaycanın hər bir uğuru, möhtərəm Prezidentimiz İlham Əliyevin hər qələbəsi müxalifət “qəhrəmanlarının” kürkünə hələ çox birə salacaq. “Bizim işimiz hökuməti şərləməkdir” etirafını etmələri ilə də bir daha reallıqda birbaşa düşmən qoltuğuna sığınmaqla xalqa, dövlətə əsl xain olduqlarına və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar - Azərbaycan xalqı və qanunları qarşısında!
sia.az