PDF Oxu

Siyasət

  • 8 318

"İslahatlar əhalinin güzəranının yaxşılaşmasına xidmət edir" ÖZƏL-MÜNASİBƏT

"İslahatlar əhalinin güzəranının yaxşılaşmasına xidmət edir" ÖZƏL-MÜNASİBƏT

"Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətimi cəlb edən məsələlərdən biri də o, oldu ki, dövlət büdcəsinə son 6 ayda daxil olmalar Dövlət Gömrük Komitəsi üzrə 5,1 % artıqlaması ilə icra edilib. Başqa sözlə, Komitə dövlət büdcəsinə nəzərdə tutulduğundan 100 milyon manat daha çox vəsait cəlb edib. Normal zamanlarda bəlkə də bu fakta xüsusi diqqət yetirməzdik. Hərçənd ki, dövlətin xəzinəsini zənginləşdirmək bütün vaxtlarda diqqətə layiq hadisə olub. Lakin koronavirus pandemiyası ilə bağlı üzləşdiyimiz problemlər fonunda proqnozları artıqlaması ilə icra etmək heç də asan iş deyil". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib."Mən bunu hər şeydən əvvəl dövlət başçısının apardığı islahatların və kadr dəyişikliklərinin nəticəsi kimi dəyərləndirirəm. Bildiyiniz kimi, müstəqil ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasında, dövlət büdcəsinin formalaşmasında böyük rolu olan gömrük orqanlarının işində cəmiyyətimizi narahat edən xeyli neqativlərə var idi. 2018 ci il növbədənkənar prezident seçkilərindən sonra İlham Əliyevin gömrüklə bağlı verdiyi mühüm qərarlar, atdığı addımlar bu vacib sahədə köklü dəyişikliklərə səbəb oldu. Qaçaqmalçılıqla mübarizənin yenidən qurulması, idxal,ixrac fəaliyyətindəki bütün proseslərin şəffaflaşdırılması, ölkəmizə gətirilən malların keyfiyyətinə,təhlükəsizliyinə diqqətin artırılması, gömrük nəzarət işində qanunçuluğun təmin edilməsi artıq özünün müsbət bəhrələrini verməkdədir. Görülən kompleks tədbirlərin nəticəsində keçən il vergi və gömrük orqanları plandan əlavə büdcəyə 1 milyard manatdan çox əlavə vəsait daxil etməyə müvəffəq olmuşlar. Ölkəmizin iqtisadi qapıları olan gömrükdə artıq əliəyrilərə, tamahkarlara yer yoxdur.Pandemiya dövründə bir sıra həyati vacib dövlət orqanları ilə yanaşı gömrükçülərimiz də gücləndirilmiş iş rejimində çalışmaqdadırlar. Gecəli-gündüzlü iş başında olan bu fədakar insanların əməyinin sayəsində ölkəmizin idxal,ixrac əməliyyatlarında səngimələrə, ləngimələrə yol verilməmişdir. Məhz bunun nəticəsidir ki, market və mağazalarımızda, bazar-dükanlarımızda, apteklərimizdə vətəndaşlarımızın tələbatını ödəyəcək istehlak və digər malların, məhsulların, dərman preparatların, qoruyucu vasitələrin qıtlığını hiss etməmişik. Əlbəttə ki, Prezident İlham Əliyevin dövlət həyatının bütün sahələrini əhatə edən islahatları ölkəmizin gücünün artırılmasına, əhalimizin güzəranının yaxşılaşdırılmasına xidmət edir"-deyə, Partiya sədri fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər