PDF Oxu

Siyasət

  • 9 619

"Azərbaycan torpaqlarını geri qaytarmaq üçün hər an hazırdır" - ŞƏRH ÖZƏL

"Azərbaycan torpaqlarını geri qaytarmaq üçün hər an hazırdır" - ŞƏRH ÖZƏL

"Ermənilərin Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirməsi fonunda sonuncu təxribat hadisələri bir daha göstərdi ki, nə Azərbaycan dövlətinin, nə bizim cəmiyyətimizin, nə xaricdə yaşayan Azərbaycan diasporasının, nə də beynəlxalq təşkilatlardan və müxtəlif dövlətlərdən ibarət müttəfiqlər çevrəmizin Qarabağ problemlərinin həlli prinsiplərinə münasibətində yersiz kompromis və yaxud da geri çəkilmə məzmununda hər hansı bir dəyişiklik baş verməyib, əksinə sadaladağım bütün bu istiqamətlərdə Azərbaycanın mövqeyi daha da güclənib". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, fakt üçün xatırlamaq lazımdır ki, ermənilərin çoxdandır apardıqları təbliğatın əsas tezislərindən biri guya Azərbaycan xalqının müharibə etmək istəməməsi, müharibədən yayınması isə bağlı idi: "Ancaq sonuncu hadisələr fonunda baş verən təzahürlər və həm ölkənin daxilində, həm də xaricindəki dalğalanmalar ermənilərin Azərbaycan xalqının öz torpağı üçün döyüşməyə hazır olmadığı və istəmədiyi barədə təbliğatlarının nə qədər boş və cəfəng olduğunu bir daha nümayiş etdirib. Ümumiyyətlə hadisələrin ilk günlərindən Azərbaycanda ictimai entuziazm dalğası görünməmiş bir formada yüksəldi. Hətta qısa müddətdə orduya könüllü yazılan insanların sayı 10-20 minlərə çatdı. Cəmiyyətin bütün təbəqələrini təmsil edən insanlar, gənclər, yaşlılar, hətta Qarabağ müharibəsində canının bir hissəsini itirmiş qazilər və əlillər, veteranlar yenidən döyüş meydanına qayıdaraq Azərbaycanın haqqını müdafiə etməyə hazır olduqlarını bildirdilər".Siyasi şərhçi bildirib ki, Tarixində bəlkə ilk dəfə idi ki, dünyada Azərbaycan diasporası özünün aktivliyini demək olar ki, yeni formalarda nümayiş etdirdi: "Avropanın elə bir ölkəsi yoxdur ki, orada Azərbaycanın diasporası və ətrafında birləşmiş bizimlə həmrəy olan digər xalqların nümayəndələri Azərbaycanın haqqı uğrunda qətiyyətli mövqe ortaya qoymasın. Bunun əksinə olaraq Ermənistanın özündə isə həm ordudan yayınma, həm ölkədən qaçış prosesləri başlayıb, həm də Ermənistanın ənənəvi müttəfiqləri sayılan ölkələrdə erməni diasporasının tanınmış nümayəndələri artıq Ermənistan dövlətinə qarşı mövqelərini ifadə etməyə başlayıblar. Fakt kimi Moskvada Marqarita Simanyanın, Kurqinyanın və başqalarının bunlara qarşı fikirlərinin Ermənistan mediasında başlanan anti-təbliğat kompaniyalarını göstərmək mümkündür".A.Quliyev vurğulayıb ki, bir sözlə, Tovuz təxribatından sonra Azərbaycanın haqqlı mövqeyi ətrafında aktiv ictimai fəallıq dalğası Ermənistanın çoxdandır ki, dünya ictimai fikrində formalaşdırmaq istədiyi guya Azərbaycan müharibə etməkdən çəkinir tezisini tamamilə alt-üst edib və güman ki, ermənilərin bundan hansı nəticəni çıxarıb, çıxarmamasından asılı olmayaraq dünya icyimaiyyətində tamamilə qəti bir fikir formalaşıb ki, həqiqətən Azərbaycan heç bir zaman torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq: "100 il əvvəl olduğundan fərqli olaraq- yəni, İrəvanın, Zəngəzurun Ermənistana verilməsilə 100 ildir barışmasına baxmayaraq, bunun əksinə Azərbaycan 80-ci illərdən bu yana itirdiyi torpaqlarını geri qaytarmaq üçün həran bir nəfər kimi döyüşməyə hazırdır və hazır olacaq".

sia.az

Digər xəbərlər