PDF Oxu

Siyasət

  • 8 330

"Azərbaycan milli mətbuatı bugünkü qədər güclü olmayıb" Aydın QULİYEV

"Azərbaycan milli mətbuatı bugünkü qədər güclü olmayıb" Aydın QULİYEV

“145 yaşını qeyd edən Azərbaycan milli mətbuatı zəngin və şərəfli inkişaf yolu keçib. Bu tarix nümayiş etdirir ki, milli mətbuatımızın tarixi var və bu gün ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır”. Bunu SİA-ya açıqlamasında"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, bütün sahələrdə olduğu kimi, milli mətbuat da diqqətdə saxlanılır, həssaslıqla yanaşılır: “Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində dövlətimiz tərəfindən ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının gerçək ifadəsidir. Milli mətbuatımız bugünki qədər güclü olmayıb. Əlbəttə ki, dövlət dəstəyi olmadan mətbuatımız inkişaf edə bilməz”.A.Quliyev onu da bildirib ki, Azərbaycan miilli mətbuatı ilə bağlı Azərbaycan Prezident Cənab İlham Əliyev imzaladığı Sərəncamları xüsusi olaraq qeyd etməliyik: “ Bu sərəncamlar mətbuatın inkişaf etdirmək baxımından əhəmiyyətlidir. Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin daha bir göstəriciləridir. Dövlət maraqlarının qorunmasına xidmət edən, obyektivliyi ilə seçilən, vətənpərvər mətbuat nümayəndəlgri layiqli qiymətini alır. Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirib və bu gün də belədir. Belə bir diqqət və qayğı ilə əhatə olunan KİV-lər informasiya təhlükəsizliyini qorumaq, dövlətin maraqlarını öndə saxlamaq, vətənpərvərlik, obyektivlik və qərəzsizlik prinsiplərinin vəhdətliyini təmin etməlidir”.

sia.az

Digər xəbərlər