"Bildiyiniz kimi Ermənistan tərəfi Tovuzda evlərə və mülki əhaliyə də atəş açıb, bəzi evlərə xəsarət yetirib. Əsgər və zabitlərimizlə yanaşı, mülki əhalini də qətlə yetiriblər. Bu ermənilərin xislətindən və mənfurluğundan irəli gələn bir məsələdir". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.Deputatın sözlərinə görə, Ermənistan hər zamakı kimi beynəlxalq hüququn bütün normalarını pozaraq mülki əhaliyə qarşı soyqırım törədir: "Ermənistanın özünü belə aparmasında beynəlxalq qurumların da üzərinə böyük vəzifə düşür. Bu kimi əməllər beynəlxalq qurumlar tərəfindən qətiyyətlə pislənilməli, Ermənistana qarşı ciddi cəza tədbirləri görülməlidir.Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik uğurlarının artması, Ermənistanın qanunsuz əməllərinin pislənməsi erməbi tərəfində ciddi narahatlıq yaradıb. Görünür bu aqressiya da ondan irəli gəlir. Ermənilər bu yolla Azərbaycandan qisas almağa və Azərbaycanın diplomatik uğurlarına kölgə salmağa çalışırlar. Ancaq bütün bunlar əbəsdir.Digər tərəfdən Ermənistanın bu kimi vandalizm əməllərini törədməsi birinci dəfə deyil. 2016-cı ildə aprel döyüşləri zamanı da ermənilər mülki əhaliyə xeyli ziyan vurmuşdular. O dövrdə də Prezidentin tapşırığı ilə bütün ziyan dəymiş evlər dövlət tərəfindən təmir və bərpa olundu. Dövlət öz vətəndaşına lazım olan diqqət və qayğını göstərdi. Bu dəfə də Prezidentin sərəncamı ilə baş verən bütün zərər dövlət tərəfindən ödəniləcək. Hər zaman olduğu kimi bu dəfə də dövlət vətəndaşının yanındadır. Vətəndaşını tək qoymayacaq. Bu eyni zamanda vətəndaşa olan diqqət və qayğını göstərir.Deputat həmkarlarımızla Tovuza səfərimiz zamanı biz bunun bir daha şahidi olduq. Aidiyyəti dövlət qurumları vətəndaşların yanındadırlar. Lazım olan diqqət və qayğını göstərirlər. Hazırda aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya bölgədə araşdırmalar aparır. Yekunda müvafiq qərarlar qəbul edilərək, təmir və bərpa işlərinə başlanılacaq".
sia.az