PDF Oxu

Siyasət

  • 9 994

“Azərbaycana dəstək dövlət başçısının xarixi siyasətinin uğurudur” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycana dəstək dövlət başçısının xarixi siyasətinin uğurudur” ÖZƏL-MÜNASİBƏT

Dövlət başçısı son çıxışında vurğuladığı kimi, Tovuz döyüşləri göstərdi ki, Azərbaycan bir çox dövlətdən və beynəlxalq təşkilatdan kifayət qədər dəstək alıb. Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.Mərkəzin rəhbəri qeyd edib ki, heç bir dövlət Azərbaycan əleyhinə çıxmayıb, Türkiyə, Pakistan, Ukrayna kimi dövlətlər Azərbaycana dəstək verdi, amma bir dövlət belə Ermənistana dəstək vermədi.

“Ermənistan, erməni lobbisi Amerika Konqresindən zərbə aldı, gözləmədiyi halda. Çünki, hər zaman ermənilər Amerika Konqresində bildiklərini edirdilər, erməni konqresmenlər Azərbaycan əleyhinə çıxışlar edirdilər, müəyyən düzəlişlərin qəbuluna çalışırdılar və çox zaman da təəssüf ki, buna nail olurdular. Amma bu dəfə ermənilər çox böyük zərbə aldılar. Amerika Konqresi Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədi. Ermənilərin dediyi keçmədi və son 30-40 ildə bu erməni lobbisinin, Ermənistanın Amerika Konqresindən aldığı çox ciddi zərbədir. Bu dövlət başçımızın bilavasitə xarici siyasəti ilə bağlıdır ki, Azərbaycanın dünyada dostları artır, Azərbaycana dəstək verən ölkələrin sayı çoxalır. Heç kim birbaşa bizim əleyhimizə fəaliyyət göstərmir. Bu mənada bu Azərbaycanın dövlət başçısının xarixi siyasətinin uğurunu göstərir. Bu da o deməkdir ki, gələcəkdə Azərbaycan öz torpaqlarının azad edilməsinə güc yolu ilə başlasa ki, dövlət başçısı da dünənki iclasda açıq-aşkar buna işarə edirdi, bizim qarşımızda yenə də heç kim dayanmayacaq. Dost dövlətlər var, tərəfdaşlarımız var. Kimsə ola bilsin yenə də Ermənistana dəstək verməyə çalışsın, amma artıq Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar çıxa bilməyəcək. Çünki, torpaqlarımız işğal altındadır və bu işğalı bitirmək bizim haqqımızdır”, deyə Elxan Şahinoğlu bildirib.

sia.az

Digər xəbərlər