"Tovuz istiqamətində gedən döyüşlər zamanı mülkü əhaliyə və o cümlədən dövlət əmlakına Ermənistan separatçı rejimi tərəfindən ciddi ziyan vurulub. İlkin hesablamalara görə, Tovuzun 6 kəndində 35 fərdi evə təxribat zamanı ziyan dəyib və eyni zamanda qaz boruları, elektrik və rabitə xəttlərinə və.s sosial obyektlərə ziyan dəyib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.Onun sözlərinə görə, Cənab Prezidentimiz də hər zaman olduğu kimi bir daha Azərbaycan dövləti və vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirib: "Belə ki, dəymiş ziyanla bağlı ölkə Prezidenti sərəncam imzaladı və işçi qrupu yaradılıb. Artıq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Əlbəttə ki, bu bir daha onu sübut edir ki, Azərbaycan çox güclü və qüdrətli dövlətdir. Ölkə Prezidetinin yürütdüyü siyasət hər zaman ölkəmizi uğura aparır. Ölkəmizdə eyni zamanda pandemiyanın iqtisadiyyata vurduğu ziyana baxmayaraq heç bir sosial layihə təxirə salınmayıb. Tovuzda erməni təxribatı davam edərkən cənab Prezidentimizin bu sərəncamı məhz bir daha Azərbaycanın gücünü, eyni zamanda Prezidentimizin hər zaman Azərbaycan vətəndaşının yanında olmasında xəbər verir".C.Osmanov vurğulayıb ki, bu addım onu da göstərir ki, məhz Azərbaycan Prezidenti son dərəcə qətiyyətlidir: "Azərbaycan bir qarış belə torpağının itirilməsilə barışmayıb və barışmayacaq. Yadınızdadırsa, 2016-cı ilin Aprel döyüşlərində Cocuqmərcanlı işğaldan azad edildikdən sonra orada tamamilə yeni ifrastruktur yaradıldı. 150 dən çox fərdi evlər, məktəb uşaq baxçası, məscid, istehsal müəssisələri, iş yerlərinin yaradılması, yol-nəqliyyat infrastrukturunun yaradılması məhz Azərbaycanın iqtisadi və siyasi gücünü göstərdi. Cocuqmərcanlıda yaradılan şərait Ermənistanın paytaxtındakı şəraitdən qat-qat üstündür. Bütün bunlar onu göstərdi ki, Azərbaycan dövləti daim vətəndaşlarının yanındadır və olacaq".
sia.az