PDF Oxu

Siyasət

  • 10 564

“Vətəndaşının maraqlarını hər şeydən üstün tutan LİDER” - MƏQALƏ

“Vətəndaşının maraqlarını hər şeydən üstün tutan LİDER” - MƏQALƏ

Bu bir həqiqətdir ki, hər bir dövlətin əsas məqsədlərindən biri əhalinin sosial müdafiəsini təşkil etmək, sosial rifah halını yaxşılaşdırmaqdır. Bu gün real faktordur ki, Azərbaycan dövləti daima öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçımız İlham Əliyev cənablarının son 17 il prezidentlik fəaliyyəti dövründə xalqımız bunun şahididi. Xüsusi ilə də, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı altındadır. Bu günlərdə bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər.İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak etdiyi tədbirdə dövlət başçımız bildirib ki, Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür. Dövlət başçımız onu da bildirib ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. «Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik”- deyən dövlət başçımız sosial layihələrin bundan sonra da həyata keçiriləcəyini deyib.

Xalqın sosial rifahı Prezidentin prioritet siyasətidir
Məlum olduğu kimi, dünyanı ağuşuna alan koronavirus epidemiyasına qarşı mübarizə apardığı, qlobal təhlükə ilə mübarizədə ön sırada durması, dövlət başçımızın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini 130-dan çox ölkənin dəstəkləməsi, Ermənistan bu təşəbbüsün əleyhinə çıxmaqla bir daha özünü rüsvay edərək, bir daha özünü dünyadan təcrid etməsi, işğalçı ölkədə erməni xalqınnı Paşinyanın iki il ərzində uçuruma yuvarlanan ölkəni məhvə doğru apardığını örtbasdır etmək üçün quduzlaşmış erməni quduzları növbəti dəfə iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Həmişə olduğu kimi, bu dəfə də erməni tərəfinin bugünkü təxribatı və məğlubiyyəti bir daha Azərbaycan Ordusunun gücünü, Azərbaycan əsgərinin əzm və rəşadətini nümayiş etdirdi. Bu həmişə belə olub, bundan sonra da erməni quduzlarının burnunu əzməklə onlara yerini göstərdi.
Bu gün hər bir vətəndaş hiss edir ki, dövlət onun arxasındadır
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam Tovuz sakinlərini bir daha əmin etdi ki, dövlət istənilən vaxt öz vətəndaşının yanındadır. ondan ibarətdir ki, bu gün hər bir vətəndaş hiss edir ki, dövlət onun arxasındadır. Məlum məsələdir ki, ermənilərin təxribatı nəticəsində Tovuzun 6 kəndində təxminən 35 evə və digər infrastruktura ciddi ziyan dəyib. Cənab Prezident Sərəncamında bütün bunların araşdırılması, eyni zamanda Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məlumatların təhlil edilməsi və məlumatın Nazirlər Kabinetinə təqdim edilməsini tapşırıb. Düşünürəm ki, dəymiş zərərin aradan qaldırılması üçün bu sənəd çox vacibdir. Bunun əsas məramı dövlətin hər bir vətəndaşının yanında olmasıdır. Bunu da hər bir sakin anlayır. Bir məqamı da xüsusi vurğulayım ki, Birinci vitse-prezident Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq.
Həmçinin, keçirilən görüşdə dövlət başçımız pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərildiyini, yeni xəstəxanalar, modul tipli xəstəxanalar tikildiyini, xəstələrin dərmanlarla təchiz edildiyini də bildird: "Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar. Pensiyaların artırılması - bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bütün bunlar bizim siyasətimizi göstərir".
“Mən deyəndə ki, bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil, - müxalifətçilik dövlətə qarşı ola bilməz, - mən tam haqlıyam”
Yenə də «sapı özümüzdən olan baltalar», həmişə olduğu kimi, bu çətin pandemiya dövründə də insanlara qayğı göstərilməsinə kölgə salmağa çalışdıqlarını və neftin aşağı düşməsinə sevindiklərinə də toxunaraq bildirdi ki, buna sevinən bir Ermənistan, bir də bu torpaqlarımızı satan AXCP-nin tör-töküntülər: “Amma əfsuslar olsun, ölkə daxilində elələri tapılır ki, neftin qiymətinin düşməsinə sevinirlər. Buna kim sevinir? Mən demişəm, bir daha demək istəyirəm ki, qoy, Azərbaycan xalqı bunu bilsin və unutmasın. Birincisi, Ermənistan sevinir, çünki başa düşürlər ki, əgər bu tənəzzül davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini azaldacaq, lazımi həcmdə silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək və Ermənistan da bundan faydalanacaq. Buna Ermənistan sevinir, bu, təbiidir. Amma başadüşülən deyil ki, buna Azərbaycanın bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan vətəndaşı sayanlar sevinir. Bu məlumat artıq ictimailəşib”.Bu satqınların ermənilərdən də pis olduğunu deyən dövlət başçımız bildirdi ki, Azərbaycan Xalq Cəbhəsinin gözündə qalan arzusuna çatmasına imkan verilməyəcək: "Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər?”.Beləliklə, bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – “Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.

SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər