PDF Oxu

Siyasət

  • 9 520

"Ölkədə elə bir hal olmayıb ki, ona adekvat reaksiya verilməsin" ÖZƏL - AÇIQLAMA

"Ölkədə elə bir hal olmayıb ki, ona adekvat reaksiya verilməsin" ÖZƏL - AÇIQLAMA

"Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk gündən bu günə qədər elə bir hal olmayıb ki, ona adekvat reaksiya verilməsin". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü olan deputatı İlham Məmmədov deyib.Onun sözlərinə görə, Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatlar bizi bir neçə məqamı dərindən düşünməyə vadar etdi: "İlk olaraq, Azərbaycan xalqı və Azərbaycan dövləti bir daha əmin oldu ki, onun cəsur Ali Baş Komandanı və dövlət rəhbəri var. Biz dövlət rəhbərimizlə hər bir çətinliyə qalib gələ bilərik. İkinci məsələ ondan ibarətdir ki, xalqımız və dövlətimiz bir daha dostunu və düşmənini tanıdı. Aprel döyüşlərindən sonra vətəndaşlarımız bir daha yüksək vətənpərvərlik və ümumxalq hərəkatında birləşərək Ali Baş Komandanın sərəncamında olduqlarını nümayiş etdirdi. Digər bir məsələ isə, Prezident İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi siyasətin xalq-iqtidar birliyinin nümunəsi, milli dövlətçilik idarəetməsinin nə qədər düzgün olduğunu bir daha əyani sübut etdi. Bütün dünya azərbaycanlıları Ali Baş Komandanımız, Prezident İlham Əliyevə həmrəy olduqlarını və onun əmri ilə döyüşə hazır olduqlarını bəyan etdilər".Millət vəkili vurğulayıb ki, Ermənistanın sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatlar nəticəsində sərhədlərimizi qoruyan igid hərbiçilərimiz şəhid oldular və eyni zamanda dinc əhali də bundan ziyan gördü: "Dinc əhali arasında həyatını itirənlər oldu, evləri dağılanlar da. Ölkə rəhbəri, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk gündən bu günə qədər elə bir hal olmayıb ki, ona adekvat reaksiya verilməsin. 2016-cı ilin Aprel döyüşlərindən sonra da Prezident dağılmış infrostrukturun bərpası üçün sərəncam vermişdi. Bu gün də ölkə rəhbəri Tovuz rayonu və ətraf ərazilərə dəyən ziyanın konpensasiyası və dərhal bərpası üçün sərəncam imzaladı. Prezident bununla qeyd etmək istəyir ki, hər bir çətinlikdə xalqın yanındadır.Təmas xəttində düşmən atəşi ilə üz-üzə olan əhalidə böyük bir arxayınçılıq var. Çünki, onun arxasında Azərbaycan dövləti və ölkə rəhbəri dayanır. Buna görə də onlar ayaqlarını bu torpağa daha bərk basıblar. Hesab edirəm ki, bu, döyüş meydanında savaşmaqdan da üstün olan bir məqamdır".

sia.az

Digər xəbərlər