Siyasət

  • 8 575

"Ordumuzla bir yerdə olmalıyıq" ÖZƏL-MÜNASİBƏT

image

"İşğalçı Ermənistanın Tovuz sərhədində atəşkəsi pozaraq, ölkəmizə qarşı növbəti aqressiya aktını gerçəkləşdirmək cəhdi boşa çıxdı". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Partiya sədrinin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və çevik qərarları ilə Azərbaycan Ordusu düşmənin qüvvələrini darmadağın etdi və geri otuzdurdu: "Əsgərlərimizin sarsıdıcı zərbələri ermənilərə sağalmaz yaralar vurdu. Ermənistanın faşist ordusunun çoxlu sayda canlı qüvvəsi, dayaq məntəqələri, istehkamları, silah - sursat anbarları, texnikası məhv edildi. Erməni təxribatının ilk anlarından Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin idarə olunmasını Konstitusiyamıza uyğun olaraq, ələ alması, adekvat və kəsərli əmrlər verməsi, düşmənin planlarını alt - üst etməsi xalqımıza ruh yüksəkliyi verdi.Ordumuza , Ali Baş Komandanımıza dəstək vermək, əsgərimizin döyüşlərdəki uğurlarını qeyd etmək üçün iyulun 14-də, minlərlə insan küçələrə çıxdı, spontan olaraq Şəhidlər Xiyabanına doğru yürüş təşkil etdilər. Onların əksəriyyəti, vətənpərvər gənclər idilər. Prezidentə, Orduya dəstək şüarları səsləndirən gənclərimiz cəbhəyə getmək, düşmənə qarşı döyüşmək arzusunda olduqlarını bildirirdilər. Sanksiyalaşdırılmamış bu aksiya Xalq - Hakimiyyət, Xalq - Ordu həmrəyliyinin bariz nümunəsi idi. Bu düşmənə və onun havadarlarına da bir mesaj idi. Öz ərazi bütövlüyünü bərpa etmək istəyində olan dövlətimiz üçün belə monolit birliyin böyük əhəmiyyəti var. Bu tarixi bir an idi. Eyni zamanda, xalqımızın bütün dünyaya bir çağırışı idi. Təbii ki, düşmənlərimiz bundan qorxdular, sarsıntı keçirtdilər. Tarix də göstərir ki, haqq-ədalət uğrunda, işğal edilmiş ərazilərinin düşməndən azad edilməsi yolunda hakimiyyətlə xalqın birliyinin mövcud olduğu ölkələr həmişə qalib gəlmişlər.Lakin burada bir məsələni dönə - dönə vurğulamaq lazımdır. Vətənpərvər gənclərimizin sözügedən yürüşünə qatılan antiazərbaycan ünsürlər öz çirkin əməllərini həyata keçirmək, tədbirin ruhunu və hədəfini dəyişmək üçün əllərindən gələni edirdilər. Onlar fürsətdən istifadə edərək, kiçik bir qrupu parlamentin binasına soxulmağa təhrik etdilər. Kütlə psixologiyasının yaratdığı mənfi effektin təsirinə düşən bəzi gənclər Milli Məclisin binasına soxularaq içəridə dağıntılara yol veriblər. İlkin məlumatlara görə,təhrikçilər arasında AXCP üzvləri də olub. Bu acı təəssüf doğurduğu kimi, həm də, cəmiyyəti ciddi narahat edir. Xalq bunu həmin qüvvələrin Azərbaycanı keçən əsrin 90-cı illərinin əvvəllərindəki duruma salmaq istəyi kimi dəyərləndirir. Məhz o dövrdəki anarxiya, başıpozuqluq ölkəmizi acınacaqlı vəziyyətə salmışdı və ermənilərə torpaqlarımızı işğal etməyə şərait yaratmışdı.Yeri gəlmişkən, iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva ilə birlikdə iştirakı zamanı Prezident İlham Əliyev də öz çıxışında bu məsələləri diqqətə gətirmişdir.Biz hər birimiz belə həssas dönəmdə ayıq - sayıq olmalıyıq. Ölkəmizdə sabitliyin pozulmasına, vətəndaş sülhünün zədələnməsinə səbəb ola biləcək hər bir təhrikçi addımın qarşısının alınması üçün əlimizdən gələni etməliyik. Qarşıda bizi düşmənlə böyük savaş gözləyir. Hər birimiz ona hazır olmalıyıq. Hər birimiz dövlətimizlə, ordumuzla bir yerdə olmalıyıq".

sia.az

Digər xəbərlər