Siyasət

  • 9 847

Ermənilərin Los Ancelesdə törətdiyi təxribatın səbəbi nə idi? ÖZƏL - AÇIQLAMA

image

"Los Anceles aksiyası Ermənistan radikallarının əsl terrorçu, nasist, barbar simasını göstərdi. Hətta, "New York Times" qəzetində də aksiyaya müdaxilə etmək məcburiyyətində olan polis əməkdaşlarının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar dərc edildi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Tarix elmləri namizədi Nüşabə Məmmədova deyib.Onun sözlərinə görə, aqressiv davranışlarına hakim ola bilməyən ermənilər qarşı tərəfdə azərbaycanlı icma nümayəndələrinə hücum edərək, ciddi xəsarət yetirdilər: "21 iyul 2020-ci ildə ABŞ-ın Los Anceles şəhərində təxminən beş min erməninin iştirak etdiyi təxribat mitinqi Amerika polisinin müdaxiləsi ilə nəticələndi. Hətta, "New York Times" qəzetində də aksiyaya müdaxilə etmək məcburiyyətində olan polis əməkdaşlarının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar dərc edildi. Los Anceles aksiyası Ermənistan radikallarının əsl terrorçu, nasist, barbar simasını göstərdi. Ermənilərin həmin gün bu qədər aqressiv olmasının digər səbəbi də var idi. Həmin gün ABŞ, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalını rəsmi olaraq tanımışdı və ABŞ Konqresinin Qaydalar Komitəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296-cı düzəlişi qəbul etmişdi. Bu, erməni lobbisinin uzun illər apardıqları anti-Azərbaycan təbliğatına növbəti ciddi zərbə idi. Eyni zamanda Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsi idi".Nüşabə Məmmədova bildirib ki, ABŞ dünyaya demokratik dəyərləri təbliğ edən ölkədir və Los Ancelesdəki mitinq zamanı ermənilərin özlərinə xas olan nasist təxribatı əlbəttə ilk növbədə Amerika qanunlarına qarşı ciddi təxribat idi.

sia.az

Digər xəbərlər