Siyasət

  • 10 917

Sədaqət Vəliyeva: İstəyirlər ki, Azərbaycan Ermənistan qarşısında aciz, gücsüz qalsın?

image

“Bu gün Ermənistan və onun xidmətində olan “beşinci kolon” elə başa düşür ki, hələ də 1990-cı illərin əvvələridir və Azərbaycan da həmin ölkədir. Amma anlamırlar ki, bu günün Azərbaycanı bütün sahələr üzrə inkişaf etmiş, qüdrətli orduya, ayıq-sayıq, intellektual vətəndaşa sahibdir. Məhz, bunun nəticəsidir ki, Ermənistan Tovuz istiqamətində təxribat törətməyə çalışdı Ordumuz tərəfindən layiqli cavabını aldı. “Beşinci kolon” isə Bakıda təxribat edib, Milli Məclisi zəbt etmək istədi, lakin xalqdan tərs sillər gördü. Budur, müasir və müstəqil Azərbaycan reallığı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, hazırda Ermənistan da, Milli Şura, AXCP kimi “beşinci kolon” da fürsət gözləyirlər, onlar Azərbaycanın büdrəməsini arzulayırlar. Necə ki, online “qeybətxana” iclasında Milli Şura Azərbaycan dövlətinə və xalqına olan kinini, küdurətini, nifrətini gizlədə bilməmişdi: “Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Qənimət Zahid bir-birini təbrik edirdi ki, neftin qiyməti düşüb. Buna kim sevinə bilər? Neftin qiymətinin azalmasına ancaq Ermənistan sevinir, çünki başa düşür ki, Azərbaycanın gəlirləri azalacaq və təcavüzkar ölkə də bundan faydalanacaq. Lakin özünü azərbaycanlı adlandıranlar, xalq naminə mübarizə apardığını iddia edən Milli Şura da sevinir. Məqsədləri nədir? Niyə sevinirlər? istəyirlər ki, Azərbaycan Ermənistan qarşısında aciz, gücsüz qalsın?”.
“Ermənistanın Tovuz rayonu istiqamətində təxribatının qarşısını igidliklə alaraq şəhid olan hərbçilərimizin də, Ordumuzun şücaətinə, qüdrətinə də həmin “beşinci kolon” kölgə salmağa çalışdı” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edildiyini və bu qələbəni qeyd etmək üçün minlərlə insanın küçələrə çıxdığı biz zaman Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər. Əlbəttə ki, xalqına, Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz. Lakin Əli Kərimli, Cəmil Həsənli kimilər üçün Vətən, xalq önəmli olmadığı üçün onlar təxribat törətdilər, birbaşa erməni maraqlarına xidmət etdilər”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, erməni yalanlarına və “beşinci kolon”un təxribat cəhdlərinə baxmaraq, cəmiyyətdə dövlətə, Vətənə bağlılıq çox güclüdür, vətənpərvərlik hissi çox yüksəkdir: “Bu gün Azərbaycan 1990-cı illərin dövləti deyil. Azərbaycan güclü dövlətdir, və güclü iqtidarı, onun güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Bunu Prezident İlham Əliyevə hər gün göndərilən minlərlə məktubdakı dəstək fikirləri sübut edir. Eyni zamanda, Ali Baş Komandanın çağırışı ilə 60 minə yaxın insanın könüllü hərbi xidmətə yazılması da eyni dəstəyin nümayişidir”.

yap.org.az

Digər xəbərlər