Siyasət

  • 10 460

"Ermənilər bizi yolumuzdan çəkindirmək istəyirlər" ÖZƏL-MÜNASİBƏT

image

"Son bir həftə ərzində Azərbaycanın diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara radikal ermənilər tərəfindən təxribatlar törədilir. Əslində, radikal olmayan erməni yoxdur. Hər bir erməni onun yeni doğulan uşağının qulağına pıçıldayır ki, türk düşmənimizdir. O erməni doğulduğu gündən ölənə qədər belə psixoloji tərbiyə ilə yaşayır və türkü özünə düşmən hesab edir. Sovetlər vaxtında bizi dost-qardaş xalqlar ruhunda tərbiyə olunduğumuz halda, erməniləri bizə qarşı düşmənçilik ruhunda tərbiyə edirdilər. Ona görə də erməninin bizə qarşı düşmənçilik baxışları heç vaxt dəyişilməyəcəkdir. Hətta torpaqlarımız işğaldan azad olunandan sonra da birgə qonşuluq münasibətləri ruhunda yaşamağa məhkum olsaq da, ermənilərin gələcək nəsilləri də bizə qarşı olan düşmənçilik düşüncələrindən əl çəkəcəklərini düşünmürəm. Biz, bunu nə bu gün, nə də gələcəkdə yaddan çıxarmalı deyilik". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, azərbaycanlılar dünyanın inkişaf etmiş, insanların öz fikirlərini dinc şəkildə ifadə etmək hüquqlarını təmin olunmuş ölkələrdə dinc aksiya keçirərək həm ermənilərə etirazlarını ifadə edir, həm də dünyanı erməni özbaşınalıqları ilə məlumatlandırılır: "Belə dinc aksiyaların keçirilməsi, əsasən, Amerika və Avropa ölkələrində qəbul olunmuşdur. ABŞ-ın Los-Anceles şəhərində və Belçikada öz azad fikirlərini dinc aksiya ilə nümayiş etdirən azərbaycanlılara onlardan dəfələrlə çox erməni tərəfindən hücuma məruz qalmışdır. Bu, niyə baş verir ,kimi bir sual meydana çıxır. Ona görə ki, ermənilər yaxşı bilirlər ki, Tovuz təxribatında 10 qat çox itkilərə məruz qalmaqlarına baxmayaraq, öz niyyətlərinə çata bilmədilər və bundan hiddətlənərək ölkə xaricində dinc azərbaycanlılara hücumlar etməklə öz hiddətini göstərirlər. İkincisi isə Azərbaycan beynəlxalq siyasətdə ermənilərin üzərində qələbə çalmışdır. Həm də azərbaycanlılar beynəlxalq səviyyədə dinc aksiyalar keçirməklə dünya xalqları qarşısında erməninin bir terrorist, cinayətkar, işğalçı obrazını təqdim edirlər.Ermənilər bir millət olaraq dünya millətləri qarşısında hörmətdən düşürlər. Ona görə də azərbaycanlıların dinc aksiyalarına hücumlar etməklə bizi yolumuzdan çəkindirmək istəyirlər. Ermənilər anlamırlar ki, bizim dinc aksiyalar keçirdikləri ölkələrdə qanunla insanların hüquqları qorunur. Kimlər aksiyada gücdən istifadə ediblərsə, onlar qanun qarşısında cavab verməlidirlər. Bizim xarici diplomatik nümayəndələrimiz o ölkələrin rəsmilərindən qanunların aliliyinin təmini və dinc aksiyamıza qarşı güc işlədən ermənilərin cəzalandırılmasını tələb etməlidirlər. Artıq bir neçə erməninin həbs olunması və məhkəmə qarşısına çıxarılacağı haqqında xəbərlər gəlir. Biz çalışmalıyıq ki, belə cinayətkarları ciddi cəzalandırsınlar ki, bir daha belə əməlləri təkrarlanmasın.

sia.az

Digər xəbərlər