"Bütün bu faktları törədən ermənilər və onlara veriən təlimatlar, məhz, rəsmi İrəvandan gəlir. Bu hadisələri törətməkdə onların əsas məqsədi azərbaycanlıları susdurmaqdan ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin "Siyasi Elmlər" kafedrasının professoru, politoloq Fikrət Sadıxov son vaxtlar xaricidə yaşayan azərbaycanlıların ermənilər tərəfindən fiziki hücuma məruz qalmalarının səbəbləri haqqında danışarkən deyib.Onun sözlərinə görə, ermənilər tərəfindən bu cür bir vəhşiliyin törədilməsi təəccüb doğurmur və bu hadisələri törədən ermənilərin rəsmi İrəvandan idarə olunması da bir faktdır:"Birinci dəfə deyil ki, ermənilər tərəfindən belə bir vəhşilik törədilir. Digər tərəfdən onu da yaddan çıxartmamalıyıq ki, rəsmi İrəvan ilə erməni diasporası arasında çox möhkəm bir əlaqə mövcuddur və onlar vahid bir şəbəkə halındadırlar. Bütün bu faktları törədən ermənilər və onlara veriən təlimatlar, məhz, rəsmi İrəvandan gəlir. Bu hadisələri törətməkdə onların əsas məqsədi azərbaycanlıları susdurmaqdan ibarətdir. Onlar çalışır ki, azərbaycanlılar heç bir yerdə çıxış etməsinlər və küçələrə çıxıb öz etirazlarını bildirməsinlər. Ermənilərin bunun qarşısını almaq üslubu isə göz qabağındadır. Onların iş üslubları bundan ibarətdir".Politoloq vurğulayıb ki, Tovuz hadisələri erməni şəbəkəsinə və diasporasına möhkəm bir zərbə vurub və onlar hesab edir ki, bunun qarşısını almaq üçün, Azərbaycan tərəfini susmağa vadar etmək üçün belə bir üslublarla çıxış etmək lazımdır:"Ermənilər özlərini sivil və qədim bir millətin nümayəndələri hesab edirlər. Lakin, bu millətin nümayəndələri özlərini sadəcə olaraq adi terrorçu və vəhşi kimi aparırlar. Budurmu onların sivil vətəndaşları və təmsil etdikləri sivilizasiya? Ermənilərin iç üzü budur. Ona görə də, biz müxtəlif ölkələrdə öz diplomatiyamızda daha hücumedici addımlar atmalıyıq. Orada xüsusi xidmət orqanlarına bir sıra faktları çatdırmalıyıq. Bu aqresiv aktları törədən şəxsləri cəzalandırmağa nail olmalıyıq. Biz artıq passiv mövqedən çıxış etməməliyik, xarici ölkələrdə daha aktiv olmalıyıq. Həm bizim diasporamız, həm bizim dairələrimiz, həm də bizim orada yaşayan soydaşlarımız bunu diqqətə almalıdır. Bu hadisələri eyni zamanda dünyaya da yaymalıyıq. Beynəlxalq təşkilatlara çatdırmalı və onların cəzalandırılmasına nail olmalıyıq".
sia.az