Siyasət

  • 9 691

Bahar Muradova: Bizi başqa müstəvilərə çəkmək üçün müxtəlif dairələrin hazırladığı təxribatlara qətiyyən uymaq və sayıqlığı itirmək olmaz

image

“Düşmənə qarşı "döyüşün" ağırlıq mərkəzi birmənalı olaraq sərhədlərimizə yönələn təxribatların qarşısının alınmasına, işğal altında olan rayonlarımızın azad olunması üçün Qarabağa yönəlməlidir”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, qalan "cəbhələrdə" isə müstəsna olaraq beynəlxalq hüquq, söz, mətbuat və sərbəst toplaşma azadlığının hər birimizə və hamımıza verdiyi imkanlar çərçivəsində mübarizə aparmaq lazımdır.
“Bizi başqa müstəvilərə çəkmək üçün müxtəlif dairələrin hazırladığı təxribatlara isə qətiyyən uymaq və sayıqlığı itirmək olmaz.
Unutmayaq ki, bizim vətənpərvər olduğu qədər də cəsarətli, fədakar və çılğın gənclərimizin səbri məqsədli olaraq sınağa çəkilir.
Düşmənin bəzi havadarları ilə bir yerdə qurduğu bu hiyləgər planları yalnız müdrik və tədbirli olmaqla pozmaq mümkündür.
Tanrı dövlətimizi və xalqımızı qorumaq üçün siz gənclərimizi qorusun!”, -deyə B.Muradova gənclərə müraciətlə bildirib.

yap.org.az

Digər xəbərlər