Siyasət

  • 10 565

YAP Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi tərəfindən Azərbaycanla bağlı həqiqətlər xarici gənclərə çatdırıldı

image

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi tərəfindən Dağlıq-Qarabağ münaqişəsi və Ermənistanın son günlərdə törətdiyi təxribatlarla bağlı Azərbaycanın haqq səsinin dünyanın müxtəlif ölkələrində yaşayan xarici gənclərə çatdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. İyulun 24-də ABŞ, Kanada, Meksika, İrlandiya, İtaliya, Belçika, Almaniya, Estoniya, Özbəkistan və Əfqanistan vətəndaşları olan xarici gənclərlə videokonfrans formatında iclas keçirilmişdir. İclasda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Fəsli Nəbiyev, sədr müavinləri Cəmilə İsmayılova və Anar Əliyev, ADA Universitetinin məzunu Cəmilə Məmmədova, xarici ölkələrdə yaşayan azərbaycanlı və xarici gənclər iştirak etmişdir.

İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev bütün iştirakçıları salamladı və iclas iştirakçıları arasında qısa tanışlıq oldu. Bu gün Azərbaycanın yüksək savada, intellektə malik olan vətənpərvər gəncliyə sahib olduğunu vurğulayan Fəsli Nəbiyev, son illər Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin rəhbərliyi altında göstərilən qayğı nəticəsində cəmiyyətin bütün sahələrində olduğu kimi Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında ictimai-siyasi fəallığının daha da artdığını qeyd etdi. Azərbaycanlı və xarici gənclər arasında əlaqələrin inkişaf etdiyi dövrdə, keçirilən bu cür görüşlərin önəmini vurğulayan Fəsli Nəbiyev son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən təxribatlar fonunda keçirilən bu iclasın ölkəmizlə bağlı əsaslı və gerçək faktların xarici ölkə gənclərinə çatdırılmasında önəmli rol oynadığını vurğuladı.
Daha sonra, iclasın təqdimatçısı, ADA Universitinin məzunu Cəmilə Məmmədova mövzu haqqında geniş təqdimatla çıxış etdi. Cəmilə Məmmədova bildirdi ki, Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən təxribatlar nəticəsində sərhəd boyu ərazilər, yaşayış yerləri atəş altında qalıb, 12 hərbi qulluqçumuz şəhid olub, 1 nəfər mülki vətəndaşımız isə artilleriya atışları nəticəsində qətlə yetirilib. Bununla belə Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq erməni işğalçılarına sarsıdıcı zərbələr vurmuş və düşmənin xeyli döyüş texnikası və canlı qüvvəsi məhv edilmiş,təxribatın qarşısı qətiyyətlə alınmış,Azərbaycan ordusu öz səlnaməsinə növbəti qələbəsini yazmışdır.Bu qələbə əhali tərəfindən böyük sevinc, coşqu və ruh yüksəkliyi ilə qarşılanmış,əhali bu coşqunu iyulun 14-də Azərbaycan Ordusuna və Ali Baş Komandana izdihamlı dəstək yürüşü ilə qeyd etmişdir.Bu hadisələr və ordumuzundüşmən təxribatının qarşısının alınması zamanı nümayiş etdirdiyi şücaət xaricdə yaşayan həmvətənlərimizdə də ruh yüksəkliyi yaratmış,dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz yaşadıqları ölkələrdə səfirliklərimiz önündə dinc askiyalar təşkil edərək ordumuzla ,xalqımızla, Ali Baş Komandanla həmrəy olduqlarını bildirmişlər.Lakin xarici ölkələrdə yaşayan ermənilər səfirliklərimiz, konsulluqlarımız qarşısında müxtəlif təxribatçı tədbirlər keçirərək emrəni terrorçularını, radikal qüvvələri aksiyalara cəlb etmiş, azərbaycanlılara hücum edərək Azərbaycanın dövlət atributlarını təhqir etmiş,insanlara zor tətbiq edərək ağır bədən xəsarətləri yetirmiş,qanunsuluqlar,vəhşiliklər törətmiş,həmvətənlərimiz erməni vandalizminə məruz qalmışlar.
Tədbirdə çıxış edən Cəmilə İsmayılova vurğuladı ki, baş verənlər onu göstərir ki, həm Ermənistan rəhbərliyi, həm də xaricdəki erməni diasporu təcavüzkar siyasətin birbaşa ideoloqu və icraçısıdır.
Sonda iclas iştirakçıları arasında mövzu ətrafında müzakirələrdə müxtəlif fikir mübadilələri aparıldı. İclasda iştirak edən xarici gənclər təqdim olunan məlumatların onlarda böyük marağa səbəb olduğunu vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanında olduqlarını bildirdilər.

yap.org.az

Digər xəbərlər