Siyasət

  • 9 588

"Fərqi anlayanda adamı dəhşət bürüyür" ÖZƏL-MÜNASİBƏT

image

"Tovuzda Ermənistan ordusu Azərbaycanı məlum məqsədlərlə təxribata çəkməyə çalışdı. Alınmadı. Ardınca təbliğatlara rəvac verdilər ki, bəs bu təxribatları Azərbaycan törədir. Xaricdə diaspor fəallarımız, xüsusən də vətənsevər gənclərimiz görəndə ki, ermənilərin təxribatına seyrçi münasibət var və Azərbaycanı suçlamaq təbliğatlarına uymaq istəyənlər var, o zaman diaspor fəallarımız meydanlara atıldılar. Avropada, Amerikada uğurlu aksiyalar keçirildi. Elə bu zaman Ermənistan hakimiyyətinin və erməni lobbisinin əvvəldən hazırlaşdıraraq bərpa etdiyi ASALA tör-töküntüləri də meydanlara, ancaq bizimkilərin üstünə atıldılar. Ən amansız və qanlı üsullarla....Təkcə Los-Ancelesdə bir azərbaycanlı gəncin üstünə 10-a yaxın vəhşiləşmış erməninin düşdüyü və ölümünə döydükləri səhnəni xatırlamaq kifayətdir. Tovuzda başlayan təxribata dünyada reaksiyalar fonunda baş verən hadisələrin əsil məzmunu və mahuyyəti budur...Hətta ermənilərin sayca çox və mütəşəkkil olduqlarını bildikləri halda aksiyalara qalxışmaq vətənpərvərlik deyilmi?Təkbaşına 10 quduz erməninin qabağında duruş gətirən azərbaycanlı gəncin nümunəsi hansı məntiqlə qəhrəmanlıq ,vətənsevərlik sayılmaya bilər?!". Bunu SİA-ya "Bakı-Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, suallar təsadüf deyil: "Bəli, bu aksiyalara mənasız deyənlər, onların təşkili üçün səfirliklərimizi ittiham edənlər, bu aksiyaların təşkilini bütün internet resurslarında Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatı kimi gözdən salmaq istəyənlər, hətta anlaşılmaz bir tonla "Azərbaycana bu aksiyalar lazım idimi"sualını verənlər var....həm də təəssüf ki, bunları edənlər xaricdəki özümüzünkülərdi. Kimin necə qəbul etməsindən asılı olmayaraq bu yolla gedənlər, aksiyaçılarımızı "vətənşüvən "adlandıranlar erməni dəyirmanını sulayıllar,vəssalam....Deyin,Tovuzda hətta 76 yaşlı sivil azərbaycanlını öldürən Ermənistan əskəri, Brüsseldə və Los-Ancelesdə azərbaycanlıları ölümünə döyən daşnak balaları və xaricdə aksiyalara çıxan azərbaycanlıları qeyri vətənpərvərlikdə suçlayan hansısa "soydaşımız" bir-birindən nə ilə fərqlənir? Fərqlənirmi? Tovuzda bizə güllə tuşlayan Ermənistan əsgəri və və xaricdəki aksiyaçılarımıza ölüm basqını edən daşnak balaları, əslində bir səngərdə, bir hədəfə güllə atıllar. Birdilər. Ancaq bu birlik bizdə ola bilmədi.Ən azı xaricdəki aksiyalarımızı qınayan "soydaşlarımız" bu anda bizimlə, Azərbaycan ordusu ilə, dövlətimizlə bir yerdə ola bilmədi,əslində fəaliyyət üslubları bir daha sübut edir ki, onlar soydaşlarımız hesab olunsa da, heç vaxt bizimlə birlikdə olmayıblar, birlikdə olmaq şansını da sürətlə itirillər.Maraqlıdır ki, özünü bütün Azərbaycana qarşı qoyan bu "soydaş"hesab olunanlar Ermənistanın Tovuz təxribatlarını ifşa etmək üçün öhdələrində olan ruporlardan da qəti istifadə etmədilər. Əksinə, həmin anda həmin ruporları yenə də Azərbaycana qarşı yönəltdilər.Hamı bir yerdə olmalı ikən ola bilmədi. Dünyada bir erməni çıxıb sosial şəbəkə resurslarında demədi ki, 10 erməni Los-Ancelesdə bir azərbaycanlını qanına qəltan etməklə səhvə yol verib.Ancaq bizimkilərdən deyənlər oldu ki, 10 qudurmuş erməninin qabağına çıxan mərd azərbaycanlı gənc yanlış yola düşüb. Fərqi anlayanda adamı dəhşət bürüyür. Bizim xaricdə yaşayan bəzi "netvorkçu" soydaşlarımızın siyasi kin-küdurəti bütün Azərbaycana və dövlətimizə nifrət formasına keçir...".

sia.az

Digər xəbərlər