Siyasət

  • 9 601

YAP Yasamal rayon təşkilatının təşkilatçılığı ilə “Müasir dövrdə informasiya müharibəsi və medianın üzərinə düşən vəzifələr” mövzusunda videokonfrans keçirilib

image

27 iyul tarixində YAP Yasamal rayon təşkilatının təşkilatçılığı ilə “Müasir dövrdə informasiya müharibəsi və medianın üzərinə düşən vəzifələr” mövzusunda videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” adı alan qonaqlara təbriklərini çatdırıb və bu Sərəncamı dövlət başçısının jurnalistlərə olan diqqət və qayğısının təzahürü kimi qiymətləndirib. Daha sonra Tağı Əhmədov informasiya müharibəsində hər birimizin üzərinə məsuliyyət düşdüyünü qeyd edərək xüsusilə gənclərin sosial şəbəkələrdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün aktiv istifadə etməsinin zəruriliyini vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tarixi həqiqətlərin, ermənilərin Azərbaycana qarşı törətdiyi vəhşiliklərin dünyaya çatdırılmasının məhz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sistemli xarakter aldığını diqqətə çatdırıb. İnformasiya təhlükəsizliyimizin bu gün müharibə şəraitində olan ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulayan Vüqar Rəhimzadə bu sferada Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər görüldüyünü nəzərə çatdıraraq dövlətin gördüyü tədbirlərlə yanaşı, vətəndaşlarımızın da maksimum səy göstərməsinin vacibliyini bildirib.
Bakı Dövlət Universitetinin (BDU) Jurnaslitika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu “Ekstremal dövrlərdə informasiya ilə manipulyasiya və təhlükəsizlik problemi” adlı slayd nümayiş etdirərək informasiya müharibəsində dövlətin üzərinə düşən vəzifələr barədə ətraflı çıxış edib. O, informasiya təhlükəsizliyinin dövlətin mövcudluğunu təmin edən başlıca şərt olduğunu bildirərək bu sahənin daim cəmiyyətimizin diqqət mərkəzində olmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda isə YAP Yasamal rayon təşkilatının fəalı, BDU-nun Geologiya fakültəsinin tələbəsi Kənan Məmmədlinin həlak olmuş şəhid hərbi qulluqçularımıza ithaf olunmuş “Ana, mən şəhid oldum” adlı kompozisiya səsləndirib.
“Zoom” platforması üzərindən təşkil olunmuş tədbiri 150-dən çox iştirakçı dinləyib.

yap.org.az

Digər xəbərlər