Siyasət

  • 9 342

Ramil Həsən: Ermənilərin terrorçu fəaliyyəti yeni məsələ deyil

image

“İyulun 12-dən başlayaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindən erməni silahlı qüvvələrinin törətdiyi hərbi təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması, düşmənə layiqli cavab verilməsi təcavüzkar ölkənin bütün mənfur planlarını alt-üst edib. Bundan sonra ermənilər fərqli təxribatlar axtarışına çıxıblar. Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və Ermənistanın hərbi təxribatlarına qarşı etiraz olaraq xarici ölkələrdə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfindən hücumlar edilməsi bunun bariz nümunəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən bildirib ki, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni məsələ deyil. Onun sözlərinə görə, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirib, ümumilikdə, 22 ölkədə 235-dən çox terror aktı törədib və 24 türk diplomatı həlak olub. Bu gün xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə, o cümlədən erməni təcavüzünü pisləyən dinc aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsi ermənilərin terrorçu və təcavüzkar mahiyyətindən xəbər verir.
“Adətən, belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, beynəlxalq hüquq-müdafiə təşkilatlarının susqunluğu anlaşılan deyil. Bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir”-deyə, R.Həsən vurğulayıb.

yap.org.az

Digər xəbərlər