Siyasət

  • 10 577

"Osmanqızının anti-milli çıxışları “N” qədərdir" ÖZƏL-MÖVQE

image

"Sevinc Osmanqızının bütün arqumentlərinin əsassızlığını sübut edən faktlar uzaqda deyil, onun öz arxivində var. "Yalançının yaddaşı qısa olar" deyiblər. Amma rəqəmsal yaddaş indi yalanlar üçün yol qoymur". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, 2019-cu il oktyabrın 31-də ABŞ-da yaşayan azərbaycanlılar Konqresin “Reynbörn” zalının qarşısında aksiya keçirmişdilər: "Soydaşlarımız işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin dırnaqarası xarici işlər naziri kimi təqdim edən Masis Mayılyanın Birləşmiş Ştatlara səfərinə etiraz edirdilər. Zalın qarşısına toplaşan erməni diasporun nümayəndələri buraya etiraza gələn Azərbaycan diaspor təmsilçilərinə qarşı təxribat, insident törətmişdilər. Həmin vaxtı Sevinc Osmanqızı öz verlişində erməniləri deyil, məhz azərbaycanlıları qınamışdı. İndiki kimi eyni iddia ilə çıxış etmişdi ki, “Konqres binasının qarşısına toplaşmaq absurddur” və sair. Bunu Sevinc Osmanqızının iki gün öncə etdiyi və qalmaqala səbəb olan çıxışı fonunda xatırladım. O, ciddi etirazlara səbəb olmuş fikirlərinin kontekstdən çıxarıldığını iddia edir. Məsələn, “azərbaycanlılar nə üçün Brüsseldəki, ABŞ-dakı səfirliklərin qarşısına toplaşıb onları müdafiə etməlidirlər?!” fikrini belə əsaslandırır ki, bu səfirliklər mövcud olduqları ölkələrin hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə mühafizə olunduqları üçün oraya toplaşmaq lazım deyilmiş. Davam edir ki, Qarabağ probleminin həlli üçün səfirliklərin qarşısına deyil, digər qurumların, o cümlədən Konqresin qarşısına toplaşıb tələblər irəli sürmək lazımdır və sair. Amma səmimi deyil, sadəcə vəziyyətdən çıxmaq üçün belə danışır. İndi Konqresin qarşısını ünvan göstərir, amma 7-8 ay öncə Konqresin qarşısına gedənləri “mənasız hərəkətlər etdikləri üçün” qınamışdı, təhqir etmişdi. Özünü inkar edən bütün arqumentlər onun arxivində var və çox zəngindirlər. Adamın anti-milli çıxışları “N” qədərdir".

sia.az.

Digər xəbərlər