Siyasət

  • 10 736

"Bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir” ÖZƏL-MÖVQE

image

"Son günlərdə Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən aqressiv təxribatçı əməllər törədilir". Bu fikirləri SİA-ya millət vəkili Elşad Mirbəşiroğlu deyib.Deputatın sözlərinə görə, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir. Ermənilərin törətdikləri əməllər cinayət məsuliyyəti doğurur. Dinc aksiyaçılara hücum edən erməni terorrçuları bir daha əsl mahiyyətlərini ortaya qoyurlar. Qeyd edim ki, bu hücumlar nəticəsində çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, soydaşlarımızın sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur. 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir. Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir".

sia.az

Digər xəbərlər