Siyasət

  • 10 182

Azərbaycanlıların xaricdəki aksiyalarının təhrif edilməsi aşkar düşmən mövqeyidir - MÖVQE ÖZƏL

image

"Azərbaycanlı soydaşlarımızın müxtəlif xarici ölkələrdə keçirdikləri aksiyalar ermənilərin aşkar təxribat və terroruna məruz qalsa da, lakin azərbaycançılıq və dövlətçilik konsepsiyasının ayrılmaz tərkib hissəsidir və mütərəqqi uzantılarıdır. Çünki bunlar həm Azərbaycan dövlətinin qlobal mütərəqqi bir siyasət aparmaq istədiyini, həm də Azərbaycanın qlobal mütərəqqi rol oynadığını nümayiş etdirir. Eyni zamanda bizim ordumuzun sonuncu uğurlu əməliyyatlarının haqq işi uğrunda mübarizə apardığını və qalib gəldiyini dünya miqyasında bir daha nümayiş etdirməklə əslində ordumuzun yeni güc-qüvvət mənbələrindən biri kimi çıxış edir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, dünya azərbaycanlılarının hər hansı bir formada- istər aksiya, istər yaşadıqları ölkələrdə televizyada, mətbuatda çıxışları, istərsə də sosial arenada sözlərini demələri xarakter etibarilə ordumuzun güc mənbəyidir və ordumuzun gücünə güc qatır: "Belə şəraitdə bu cür aksiyaların hər cür təxribatlardan qorunması, onun əhəmiyyətinin izah olunması, müdafiə edilməsi, bu aksiyaların əhəmiyyətinə və roluna ideoloji müdafiə yaradılmasının əvəzinə çox təəssüflər olsun ki, onun əleyhinə biz ən azı iki düşərgədə hücumlar görürük. Birincisi Ermənistan tərəfdən gələn hücumlardır ki, bu təbbidir, çünki Ermənistan dünya azərbaycanlılarının məhz indi xaricdə keçirdikləri aksiyaların nə qədər tutarlı və hədəfə dəqiq yönəldiyinin fərqinə yaxşı varırlar. Azərbaycanlıların bu aksiyaları bir tərəfdən Azərbaycan həqiqətlərini dünyaya göstərir, digər tərəfdən ermənilərin təxribatçı planlarının ifşa olunmasında böyük rol oynayır. Ona görə, ermənilərin bizim soydaşlarımızın xaricdəki aksiyalarına qanlı şəkildə müdaxilə və basqınlar etməsi təbiidir və başadüşüləndir. İkinci hücumlar isə xaricdə yaşayan və müəyyən tellərlə Azərbaycana bağlı olan və bizim soydaşlarımız sayılan insanlar tərəfindən edilən hücumlardır ki, bunlar nə anlaşılandır, nə də ağılasığan".Ekspert bildirib ki, bu cür hücumların arxasında dayanan insanların vətənsevərliyindən, vətənpərvərliyindən danışmaq qəti şəkildə mümkünsüzdür: "Məsələn, keçirilən aksiyaların təhrif olunaraq başqa don geyindirməyə çalışmaq, xaricdə yaşayan və bizim diasporamızda aktivliyi ilə seçilən adamlar üçün çox bağışlanmaz haldır. Həttə elə mülahizələr yürüdənlər var ki, azərbaycanlıların xaricdə keçirdiyi aksiyaları guya Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığınıb. Bu əslində Azərbaycan hakimiyyəti ilə yox, Azərbaycan dövlətçiliyi ilə artıq düşmən mövqeyə keçmək deməkdir. Çünki Azərbaycan xüsusi xidmət orqanlarını xarici ölkələrdə hansısa əməliyyatların hazırlanmasında suçlamaq mahiyyət etibarilə Azərbaycan dövlətinə düşmən mövqeyidir və Azərbaycanın həm diplomatiyasının, həm də dövlət olaraq dünyada reytinqinin zərbə qarşısında qoyulması deməkdir".A.Quliyev vurğulayıb ki, hətta belə yanaşmalar xaricdə daha çox erməni lobbisinin əməlinə yarayır: "Çünki onlar Azərbaycan dövlətinə qarşı yeni bir cəbhə, yeni mübarizə düşərgəsi açmaq üçün mütləq bu mulahizələrdən istifadə edəcəklər. Ona görə, azərbaycanlıların xaricdə keçirdiyi aksiyalara düşmən mövqedən yanaşmaq ermənilər üçün nə qədər təbii və normaldırsa, bizim bəzi azərbaycanlılar üçün belə mövqedən çıxış etmək bağışlanmazdır və qəti şəkildə vətənpərvər mövqe sayıla bilməz. Azərbaycan cəmiyyəti belə vəziyyətlərdə bir daha kimin kim olduğunu görür və təyin edə bilir. Azərbaycan cəmiyyəti üçün artıq heç bir şübhə yoxdur ki, başqa vaxt gurultulu şəkildə demokratiya, vətənsevərlik, vətənpərvərlik bəyanatları verən adamlar, əslində belə kritik məqamlarda hansı mövqeləri tuturlar".

sia.az

Digər xəbərlər