Siyasət

  • 13 684

“Sevinc Osmanqızı, sən özünü yandırdın!” STATUS

image

"Ən maraqlı məqam isə artıq Sevinc Osmanqızının el dili ilə desək xalq içində xar olmasından iki gündən çox vaxt keçməsinə baxmayaraq günaşırı onun youtube kanalında çıxış edən Ali Karimli (Əli Kərimli)dən səs-səmir çıxmır"

YAP-ın gənc fəalı Anar Şahmuradovun Sevinc Osmanqızının xəyanət obrazını müdafiə edənlərə qarşı maraqlı status paylaşımı edib. SİA-nın məlumatına görə, statusda qeyd olunur ki, Amerikada yaşayan youtube Sevinc Osmanqızının erməni mövqeyindən çıxış etməsi və azərbaycanlıları baş verən hadisələrdə günahkar bilməsi Azərbaycan ictimaiyyətində çox sərt formada qəzəb və ikrah hissləri yaradıb. Hətta sosial şəbəkələrdə Sevinc Osmanqızının Azərbaycan vətəndaşlığından çıxarılması tələbi ilə çıxış edən sadə vətəndaşların şərhlərinə də rast gəlinir. SİTAT: “Bir sözlə. “Sevinc Osmanqızı” adı gəldikdə azərbaycanlı olan şəxslərin gözündə artıq bir satqın obrazı yaranır. Xalqın Sevinc Osmanqızına qarşı qəzəbini özündə əks etdirən paylaşımların ilk mərhələsində AXCP trolları onu müdafiə etməyə cəhd göstərsələr də, sonradan onlar da bu fikirdən daşınmalı oldular. Ən maraqlı məqam isə artıq Sevinc Osmanqızının el dili ilə desək, xalq içində xar olmasından iki gündən çox vaxt keçməsinə baxmayaraq, günaşırı onun youtube kanalında çıxış edən Ali Karimli (Əli Kərimli)dən səs-səmir çıxmır. Halbuki, Sevinc Osmanqızı özünün kanalında onu dayanmadan-durmadan raskrutka edir, video müsahibələri təm-təraqlı olsun deyə “canlı” adı ilə tamaşaçılara sırıyır, bir müsahibəni 15 yerə bölüb klip formatında kanalına yükləyirdi. Uzun sözün qısası, Sevinc Osmanqızı Əli Kərimli üçün məşhur mahnıda deyildiyi kimi, “alışıb yanardım köz istəsəydin” prinsipi ilə yaşayırdı”.
"İşdir, sönüb sağ qalsan, unutma “eşkiya katibəyə yar olmaz!”
Gənc fəalın sözlərinə görə, ancaq dar gündə “bəy” yoxdur: “Admin heyəti səhifəni öz bildiyi kimi “yazır”. Əli Kərimli niyə, nədən admin heyətinə Sevinc Osmanqızı haqqında paylaşmaq üçün namə göndərmir? Bu qədərmi “naxələflik” olar? Niyə bir çıxdığınız “yolu” bir getmədiniz? Əksinə, Sevinc Osmanqızına Əli Kərimlidən əlavə bir zərbə də gəlməkdədir. Belə ki, Əli Kərimli ciddi-cəhdlə Xədicə İsmayılı raskrutka eləməyə başlayıb. Olsun ki, Əli Kərimli o düşüncədədir ki, o olmasın, bu olsun. Sevinc Osmanqızı, sən özünü yandırdın, bu, öz yerində! Əli Kərimli isə sənin külünü ərşə sovurur. İşdir, sönüb sağ qalsan, unutma “eşkiya katibəyə yar olmaz”!

sia.az

Digər xəbərlər