Siyasət

  • 10 809

“Bizim birliyimiz, həmrəyliyimiz bizi qələbələrə aparır” ÖZƏL-MÜNASİBƏT

image

Demokratiya deyib dünyaya hay salan Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı aqressiyası, terrorçuluq, vandallıq, vəhşilik xisləti, əslində bütün dünyaya bəllidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.İctimai Birliyin sədri qeyd edib ki, Fransada, Los-Ancelesdə, dünyanın bir çox yerlərində baş verən hadisələr, Azərbaycan səfirliklərinə, azərbaycanlılara olan ermənilərin hücumları onu göstərir ki, onlar demokrat deyil, sadəcə vandaldırlar, terroristdirlər və onların demokratiyadan danışmağa belə haqları yoxdur.

“Ermənistan cəmiyyətində baş verənlər özü, əslində bütün dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır. Hakimiyyət çevrilişi ilə baş nazir kürsüsünü hiyləgərcəsinə ələ keçirən Nikol Paşinyan kimi küçə nümayişçisi öz əməllərini demokratiya adlandırmağa çalışsa da, Ermənistanda baş verənlər, şəxsən onun rəhbərliyi və tapşırığı ilə baş alıb gedən repressiyalar, azad sözə, azad fikrə olan hücumlar göz qabağındadır. Hətta erməni cəmiyyəti də Paşinyanın və onun komandasının qanunsuzluqlarını görür, etiraf və ifşa edir. Sivil, demokratik ölkə imici yaratmaq iddiasında olan Ermənistan rəhbərliyi, şəxsən Nikol Paşinyan anlamalıdır ki, qonşu ölkənin sərhədində, ardınca da dünyanın bir çox yerlərində Azərbaycana, azərbaycanlılara qarşı təxribatlar törətməklə, ümumiyyətlə, təxribatçılıqla, terrorçuluqla demokratiya bir araya sığan deyil.
Törətdiyi təxribatları Azərbaycanın üstünə atmaq istəyən bu idarəçilikdən xəbərsiz küçə nümayişçisi onu da dərk etməlidir ki, pandemiya dövründə bütün ölkələri həmrəyliyə dəvət edən Azərbaycan, pandemiya dövründə xəstəliyin daha çox yayılmaması, bəşəriyyətin bu bəladan müdafiəsi, mühafizəsi üçün bir çox beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı olan Azərbaycanı təxribatçı kimi qələmə vermək, buna dünya ictimaiyyətini inandırmaq mümkünsüzdür. Azərbaycan Prezidenti Cənab İlham Əliyevi istər beynəlxalq təşkilatlar, istər bütün dünya ölkələri, istərsə də dünya insanı, insanpərvər, bəşəriyyətin qayğısına qalan şəxsiyyət kimi tanıyır və qəbul edir. Azərbaycan isə yalançı Ermənistan kimi deyil, əsl demokratik ölkədir və bəşəri dəyərlərə, beynəlxalq hüquqa hörmətlə yanaşır.
Sərhəddə təxribatlar törətdikdən sonra burnu ovulan Ermənistan indi də dünyanın bir çox ölkələrində bütün dünya ictimaiyyətinə Azərbaycanın, azərbaycanlıların təxribatçı olduğunu göstərmək niyyəti ilə vətəndaşlarımızın ermənilərlə mübarizəsini vandallıq, təxribatçılıq kimi qələmə verməyə çalışırlar. Amma bu da alınan deyil. Çünki, hər kəs bilir ki, əvvəla azərbaycanlılar təxribat törətməyiblər, təxribatçı ermənilərin hücumlarına məruz qalıblar. Gigər tərəfdən də azərbaycanlıların xarici ölkələrdə toplaşması təxribatçılıq deyil, həmrəylik, birlik nümayiş etdirilməsidir. Hamı yaxşı bilir ki, biz birlikdə güclüyük və bizim birliyimiz, ələlxüsus da xalqın öz dövləti, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevlə birliyi, həmrəyliyi bizi qələbələrə aparır”, deyə Mehriban Abdullayeva bildirib.

sia.az

Digər xəbərlər