Siyasət

  • 9 754

İndiki təlimləri Tovuzdakı təxribatla əlaqələndirmək xəstə erməni təxəyyülüdür - MÖVQE ÖZƏL

image

"Azərbaycanda keçirilən təlimlər Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir və plan təqviminə uyğun olaraq da vaxtaşırı keçirilir. Bu olduqca yüksək qiymətlindirilməli bir hadisdir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, qardaş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında təbii, tarixi strateji müttəfiqlik əlaqələri mövcuddur. Əlbəttə istənilən ölkə ilə ortaq maraqlar üzərindən çıxış etməklə strateji müttəfiqlik əlaqələri yaratmaq olar. Ancaq Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik tamamilə fərqli bir müttəfiqlikdir.Ona görə də biz onu təbii-tarixi strateji müttəfiqlik adlandırır, təbii deyən zaman iki ölkənin xalqlarının eyni millət olmasını, tarixi dedikdə isə tarixən çoxsaylı ortaq dövlətlər qurmaqla eyni siyasi keçmişə aid olduğumuzu bildiririk. Bunlar olduqca əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, təkcə ötən əsrdəki münasibətlər tariximizə diqqət etsək görəcəyik ki, Azərbaycanda Xalq Cümhuriyyəti qurularkən Qafqaz İslam ordusu, Türkiyədə Cümhuriyyət qurularkən isə azərbaycanlılar nə qədər fədakarcasına bir-birilərinin yanında olmağı bacarıblar: "Bu və buna bənzər çoxsaylı qardaşlıq münasibətləri bu gün də siyasi tariximizin hazırki mərhələsində müttəfiqliyimizi zəruri edir. Hazırki mərhələdə Türkiyə Azərbaycan ittifaqı təkcə iki ölkənin maraqları baxımından deyil bütövlükdə regionumuzda sabitliyin və inteqrasiyanın təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir. Çünki bu iki qardaş dövlətin səyləri ilə gerçəkləşdirilən starteji enerji və nəqliyyat, kommunikasiya layihələri təkcə Qafqaz regionu üçün deyil ,bütövlükdə Avropa üçün də strateji əhəmiyyətə malikdir . Ona görə də bu münasibətlər böyük bir geostrateji rayonda mühüm hərbi-siyasi tarazlıq yaradır".H.Babaoğlu vurğulayıb ki, Ermənistan regionda yeganə ölkədir ki, işğalçılıq siyasəti həyata keçirməklə Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, bölgədə daima terror siyasəti həyata keçirib, digər qonşu ölkələrə qarşı da torpaq iddiaları irəli sürməklə bölgənin ümümi inteqrasiyasına və əməkdaşlığına ciddi ziyan vurub: "Eyni zamanda özünü regional əməkdaşlıqdan və inteqrasiyadan mərhum edib. Ona görə də əməkdaşlıq və tərəfdaşlığın rəmzi olan və regional təhlükəsizliyə xidmət töhfə məqsədilə keçirilən bu təlimlərdən narahat olur. Erməni işğalçı ordusunun Tovuz rayonumuzda yerləşən dövlət sərhəddində törətdiyi təxribatla bu təlimlərin əlaqəsinə gəldikdə isə bunlar arasında əlaqə qurmaq yalnız erməni xəstə təxəyyülünün məhsulu ola bilər. Azərbaycanın güclü ordusu var. Öz ərazi bütövlüyünü bərpa edəcək professional kadrlara, texniki təchizata və yüksək döyüş qabiliyyətinə mailkdir. Ona görə də, ermənilər hadisəni bu cür təqdim etməklə əslində Türkiyə - Azərbaycan müttəfiqliyini siyasi şantaja məruz qoymağa çalışır ki ,bu da baş tutan məsələ deyil. Əgər Ermənistan həqiqətən də narahatlıq keçirirsə, işğal etdiyi Azərbaycan torpaqlarından bir an öncə çəkilsin"

sia.az

Digər xəbərlər