Siyasət

  • 9 898

Murad Dadaşov Prezident İlham Əliyevə təşəkkürünü bildirdi MƏKTUB

image

“Xəzər” Televiziyasının Baş direktoru Murad Dadaşov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibətilə mediaya göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. SİA məktubu təqdim edir:

Möhtərəm cənab Prezident.

Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə KİV nümayəndələrinə, Milli Televiziya və Radio Şurasına göstərdiyiniz maddi və mənəvi dəstək hər birimizi ürəkdən sevindirdi.Dünyanın pandemiya ilə mübarizə apardığı çətin bir vaxtda Azərbaycan xalqının tarixi üçün çox əlamətdar bir hadisə sayılan Milli Mətbuat və Jurnalistika gününün ən yüksək səviyyədə qeyd olunmasının, bizə göstərilən qayğı və diqqətin çox dərin kökləri var.Hələ 1998-ci il 6 avqust tarixində ümummilli liderimiz Heydər Əliyevin imzaladığı sərəncamla mətbuat üzərindən senzuranın götürülməsi, 1999-cu ildə KİV haqqında Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu, Sizin 31 iyul 2008-ci il tarixli sərəncamınızla “KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi vacib sənədin qəbul olunması, bu konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətimiz tərəfindən azad sözə, həqiqətə, ədalətə verilən qiymətdir.Hörmətli cənab Prezident, mükafata - “Tərəqqi” medalına layiq gördüyünüz jurnalistlər arasında rəhbəri olduğum “Xəzər” Televiziyasının da 4 əməkdaşı var. Bu yüksək qiymət məni və kollektivimizi sevindirməyə bilməz. Bu dəyərə, bu diqqətə görə şəxsən öz adımdan və “Xəzər” Televiziyası ailəsi adından Sizə dərin minnətdarlığımı bildirirəm.Bir daha bildirmək istəyirəm ki, biz KİV nümayəndələri olaraq hər bir məqamda Sizin siyasətinizi dəstəkləyirik, dövlətimizin yanındayıq.

Dərin hörmətlə, Murad Dadaşov. Baş direktor
Azərbaycan Respublikası, Bakı şəhəri.

Digər xəbərlər