Siyasət

  • 11 128

Bəhruz Quliyevdən Azərbaycan Prezidentinə təşəkkür MƏKTUBU

image

“SƏS” qəzetinin Baş redaktoru Bəhruz Quliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibətilə medianın inkişafına və KİV nümayəndələrinə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. SİA məktubu təqdim edir:

Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin siyası kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına və tərəqqisinə olan dəstəyinizi göstərməklə yanaşı, jurnalistləri ən yaxın köməkçiləriniz kimi qiymətləndirmisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsində, media nümayəndələrinin təltif olunmasında, jurnalistlərin sosial və mənzıl-məişət problemlərinin həlli istiqamətində daim təqdirəlayiq addımlar atmaqla yanaşı, həm də qayğınızı əsirgəməmisiniz. Bu sahəyə aid sərəncamlarınız və verdiyiniz mühüm qərarlar mətbuatımızın 145 illik yubileyində də öz təsdiqini tapmış oldu. Xüsusilə, dünyanı cənginə alan COVID-19 pandemiyası və işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda, Sizin mətbuat nümayəndələrini təltif etməyiniz bizlərə sonsuz fərəh və sevinc hissləri yaşatmış oldu. Müstəqil mətbuatımızın və ulu öndər Heydər Əliyev ideyalarına söykənən, eləcə də, dövlətçilik ənənələrimizin ilk carçılarından olan “SƏS” qəzetinin əməkdaşlarının da bu sırada yer alması bizə ikiqat sevinc yaşatmış oldu. Əməyimizə verdiyiniz yüksək qiymətə görə, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “SƏS" qəzetinin kollektivi öz dövlətçilik mübarizəsi ənənəsi ilə bundan sonra da həyata keçirdiyiniz siyasəti var gücü ilə dəstəkləyəcək, öncül təbliğatçınız və əqidə dəstəkçiniz olmaqla sədaqətini nümayiş etdirəcək.

Zati-aliləri, Sizə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi işində yorulmaz fəaliyyətinizdə davamlı uğurlar, qələbə və zəfərlər arzu edirik.

sia.az

Digər xəbərlər