Siyasət

  • 16 024

"Xalq qəzeti"nin Baş redaktoru Prezidentə təşəkkürünü bildirib MƏKTUB

image

“Xalq qəzeti”nin Baş redaktoru Həsən Həsənov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibətilə medianın inkişafına göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. SİA məktubu təqdim edir:

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti kimi Sizin dövlətçilik fəaliyyətinizin təhlili göstərir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mükəmməl inkişaf konsepsiyası uğurla həyata keçirilir. Siz yüksək liderlik keyfiyyətləriniz, siyasi prosesləri yönəltmək məharətiniz, taleyüklü, strateji əhəmiyyətli qlobal proqram və layihələr sayəsində Azərbaycanı sabit iqtisadiyyata malik, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyi, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək arzularımızı reallaşdıraraq, xalqımızın böyük hörmət və məhəbbətini qazanmısınız.Sizin prezidentliyiniz dövründə ölkəmizin xarici siyasət doktrinasının yeni taktiki gediş və manevrlərlə zənginləşdirilməsi beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da artırıb, onu regionun lider dövlətinə çevirib.Dünyam bürüyən iqtisadi təlatümlər və maliyyə böhranı şəraitində nəzərdə tutulmuş bütün proqramların, infrastruktur layihələrinin sistemli surətdə həyata keçirilməsi ölkəmizin qüdrətinin, Sizin müdrik siyasətinizin düzgünlüyünün əyani təsdiqidir. Fəxr edirik ki, Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyi böyük uğurlar və zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün unikal model rolunu oynayır.Möhtərəm cənab Prezident, müstəqil mətbuatın formalaşmasına və inkişafına yönələn Heydər Əliyev siyasəti bu gün Sizin tərəfinizdən yaradıcılıqla davam etdirilir və yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.“Azərbaycan milli mətbuatının 145 illik yubileyinin qeyd olunması haqqında” 30 iyun 2020-ci il tarixli sərəncamınız obyektivlik, kreativlik, rasionallıq, operativlik kimi faktorları yaradıcılığın başlıca meyarları kimi dəyərləndirən jurnalistlər tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılandı.Zati-aliləri, iyulun 22-də imzaladığınız sərəncama uyğun olaraq kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin bir qrupunu orden və medallarla, fəxri adlarla, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə, fərdi təqaüdə layiq gördüyünüzə, mətbuata əlavə maliyyə yardımı ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.Möhtərəm cənab Prezident, “Xalq qəzeti”nin kollektivi Sizin rəhbərliyinizlə görülən işləri, qazanılan böyük uğurları işıqlandırmaqdan qürur hissi keçirir, şərəf duyur. Azərbaycanın çiçəklənməsi, xalqımızın rifahının yüksəldilməsi naminə dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, uzun ömür, ailə səadəti və cansağlığı arzu edirik.

Tanrı Sizi qorusun.

Digər xəbərlər