Siyasət

  • 11 379

Baş direktorun müavinindən Prezidentə təşəkkür MƏKTUB

image

"Real" Televiziyası Baş direktorunun layihələr üzrə müavini Samirə Səfərəliyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibətilə ölkə rəhbərinin mətbuata göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. SİA məktubu təqdim edir:

Möhtərəm cənab Prezident.

Milli Mətbuatımızın 145 illik yubileyi münasibətilə fəaliyyətimi dəyərləndirdiyiniz üçün və məni “Tərəqqi” medalına layiq görməyinizdən son dərəcə qürur hissi keçirirəm. Sizin mətbuata xüsusi diqqət və qayğınız sayəsində bu gün ölkəmizdə kütləvi informasiya vasitələri inkişaf edir, müasir dünyanın tələbləri ilə uyğunlaşmağa çalışırlar. Şübhəsiz ki, bu ənənələr Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, elə ali məktəbdə oxuduğum zaman diplom-buraxılış işim də məhz Ümummilli Liderimizlə bağlı olub. Bu gün Sizin sayənizdə yaranan xalq-hakimiyyət birliyi bütün çətinlikləri inamla arxada qoyur, bu birlik bizim parlaq gələcəyimizi və firavanlığımızı təmin etmiş olur. Amma biz jurnalistlərin də üzərinə düşən Vətənimizi, dövlətimizi qorumaq, Sizin müdrik rəhbərliyinizlə qələbələrə doğru addımlamaqdır. Şəxsən mən uzun illər Azərbaycan mediasında çalışan bir jurnalist kimi, bunu dərk edirəm və daim Prezidentimizin yanındayam. Bir daha fürsətdən istifadə edib, Sizə bu böyük diqqət və qayğınız üçün sonsuz təşəkkürümü bildirir və bundan fəxarət hissi duyduğumu deyirəm.

Digər xəbərlər