Siyasət

  • 11 985

"Bu, təkcə səhv deyil, cinayət və xəyanətdir" - MÖVQE ÖZƏL

image

"İyulun 12-də Ermənistanın Azərbaycanla sərhəd bölgəsində törətdiyi təxribatdan sonra iki ölkə arasında yaşananlara hibrid müharibəsi adını vermək olar. Həm odlu silahlardan istifadə olunur, həm kiberhücumlar olur, həm də informasiya müharibəsi yaşanır. İnformasiya savaşı digər formalardan geri qalan üsul deyil. Bu gün bütün beynəlxalq rəyi formalaşdırmaq üçün informasiya savaşının mövqeyi kifayət qədər ciddidir. Belə məqamda bütün cəmiyyət hər şeyi bir kənara qoyub bu məsələlərə mövqe bildirməlidir. Azərbaycanda 45-ə qədər partiya bütün siyasi fəaliyyətində yalnız bir hədəfə köklənərək, bir mövqedən çıxış etməyi qarşısına məqsəd qoyub. Azərbaycan cəmiyyəti Ali Baş Komandanı, Ordumuzu, dövlətimizi dəstəkləyir və bütün bu məsələlərdə kim əlindən nə gəlirsə, öz dəstəyini verməyə çalışır". Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev deyib.Onun sözlərinə görə, belə məqamlarda kömək edə bilmirsənsə, gərək mane də olmayasan: "İnformasiya savaşında qarşı tərəfin, yəni düşmənin etdikləri təbii ki, gözləniləndir. Çox təəssüflər olsun ki, azərbaycanlı kimi özünü təqdim edən bəzi şəxslər nəyinki, əllərində olan ruporlardan Azərbaycanın xeyrinə istifadə edirlər, əksinə belə həssas məqamda milli maraqlarımıza zidd addımlar atırlar. Bu cür arqumentləri ermənilərin əlinə vermək daha təhlükəlidir. Erməni tərəfi bu argumentlərdən istifadə edərək bir fikir söyləyə bilirlər. Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Arif Məmmədov kimilər ermənilər haqqlıdır, Azərbaycan tərəfi günahkardır deyirlərsə, ermənilər daha çox həmin mənbələrə əsaslanıb fikirlər söyləyirlər. Ona görə bu təkcə səhv deyil, günah deyil, bu cinayət və xəyanətdir. Bu cür şeylər bağışlanmazdır. Düzdür Azərbaycan cəmiyyəti tərəfindən onlara qarşı ciddi qınaq var. Lakin hesab edirəm ki, bu mərkəzləşmiş şəkildə kollektiv şüurun məhsuludur, bir-iki nəfərin işi deyil. Əvvəlcə Cəmil Həsənli erməniləri, Paşinyanı və ailəsini müdafiə etdi, daha sonra Əli Kərimli, Sevinc Osmanqızı və s.".Depuatar xatırladır ki, iyulun 12 də təxribat yeni başlayanda Əli Kərimli tamamilə Azərbaycan dövlətinin üstünə gəlirdi, ermənilər panika yaratmaq üçün hansı məsələləri danışırdılarsa, eyni şeyləri də Əli Kərimli deyirdi: "Guya Azərbaycan primitiv silahlardan istifadə edir, imkanları zəifidir, qarşıya yalnız əsgərləri göndərir, sərhəddki camaat köçmək istəyir və.s. Eyni şeyləri ermənilər də deyirdi, lakin gördü ki, bütün dediklərinin əksi baş verir. Azərbaycan qarşıya yalnız əsgərləri göndərmir. General, polkovnik, mayor səviyyəsində şəhidlərimiz var bizim. Onlar arxada qala bilərdilər, lakin ön cəbhədə döyüşürlər. PUA-larla, ən müasir silahlarla düşmənə zərbə vurulur. Düşmənin ən dərin təhdid obyektləri darmadağın edildi və düşmən itki verməyə məcbur oldu".F.Quliyev vurğuladı ki, ermənilər və eyni zamanda Milli Şura bildirdi ki, Azərbaycanda vətənpərvərlik 2016-cı ildən aşağıdır: "Lakin göründü ki, əhali 2016-cı ildən daha çox dəstək verdi, həm ordusuna, həm də dövlətinə. Bu dəstək təkcə Azərbaycanda yox, Azərbaycandan xaricdə də geniş vüsət aldı. Onlar elə bildilər ki, Azərbaycan Tovuş savaşında uduzacaq və ona görə də ermənilərlə eyni mövqedən çıxış etdilər. Gördülər ki, yox heç də vəziyyət elə deyil, ayın 15-də fərqli çıxış etməyə başladılar. Bildirdilər ki, biz də dövlətin, ordunun arxasındayıq. Tamamilə əvvəlki fikirlərinə zidd fikirlər səsləndirməyə başladılar. Amma 15-i gecə onların tapşırığı ilə bir sıra şəxslər Milli Məclisə basqın etdikdən və bu basqının arxasında onların olduqları aydın olduqdan sonra yenə başladılar açıq şəkildə ermənilərin mövqeyindən çıxış etməyə. Çünki onlara dəstək olan donor təşkilatlar birmənalı şəkildə erməni diasporasına, lobbilərinə bağlıdır. Bunlar faktdır. Paşinyan hakimiyyətə gəldikdə, iş başına SOROS-dan adamlar gətdirdi. Yəni sifarişi verən erməni tərəfindən olan donor təşkilatlardır. Hesab edirəm ki, təkcə ictimai qınaqla yox, hüquq-mühafizə orqanlardı da bu məsələ ilə əlaqədar ciddi araşdırma aparmalı və bu şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".

sia.az

Digər xəbərlər