Siyasət

  • 14 001

Ermənistanın Azərbaycana təcavüzü və regional təhlükəsizlik mövzusunda görüş keçirilib - Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti

image

“Hüquqi Təhlil və Araşdırmalar”İctimai Birliyi və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi 28 iyul tarixində Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Ermənistanın Azərbaycana təcavüzü və regional təhlükəsizlik” mövzusunda onlayn dəyirmi masa keçirmişdir. Tədbir Zoom Platformasında onlayn rejimdə keçirilib. SİA-nın məlumatına görə, tədbirin əsas təqdimatçısı, tanınmış gənc alim, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı olmuşdur. Görüşün moderatoru isə, tədbirin təşkilatçısı, London Metropolitan Universitetinin, “Təhlükəsizlik və İctimai Qayda” ixtisası üzrə doktorantı Ramil İskəndərli olmuşdur.T.ü.f.d., dos. Sübhan Talıblı tədbirdə iştirakçılara Ermənistanın Azərbaycana təcavüzü, və soyqırım siyasəti, region ölkələrinin təhlükəsizlik siyasətində Azərbaycan faktorunun yeri və rolu ilə bağlı elmi-tarixi, hüquqi aspektlərlə yanaşı, ermənilərin Ermənistan-Azərbaycan sərhədində törətdiyi provokasiyalar və bir neçə ölkədə azərbaycanlılara qarşı hücumların təşkili, və digər məsələlər T.ü.f.d., dos. Sübhan Talıblı tərəfindən təqdim edilmişdir.Müzakirələrdə QHT rəhbərləri Əhməd Abbasbəyli, Eynulla Xeyrullayev, Elmari Məmişov, Bayram Orucov, mövzu üzrə fikir mübadiləsi aparmış, mövzu ilə bağlı qənaətlərini bölüşmüşlər. Tədbirdə həmçinin müxtəlif təhsil müəssisələri tələbə və məzunları, yerli təşkilatların nümayəndələri iştirak etmişlər. Çıxış edənlər təqdim edilmiş mövzu ilə bağlı fikirlərini bölüşmüş, eyni zamanda sərhəddə Ermənistan tərəfində törədilmiş provokasiyalar və son günlər bir neçə ölkədə azərbaycanlılara qarşı ermənilər tərəfindən zorakılıq hərəkətlərinin tətbiq olunmasından narahatçılıqlarını bildirmiş və vətəndaş cəmiyyəti nümayəndələri olaraq öz təkliflərini vermişlər.Tədbirin moderatoru, Ramil İskəndərli isə çıxışında qeyd etmişdir ki, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) İrqçiliyin, irqi ayrı-seçkiliyin, ksenefobiyanın və digər dözümsüzlüyün müasir formaları üzrə xüsusi məruzəçisi Tendayi Aşıyumaya 18 dekabr 2019-cu il tarixli BMT Baş Assambleyasının “Nasizm, neo-Nazism və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və digər dözümsüzlüyün müasir formalarının alovlanmasına töhfə verən digər təcrübələrin şöhrətləndirilməsi ilə mübarizə” adlı qətnaməsinə istinad edilirək, bu qətnamənin icrası ilə hesabatların hazırlanması mandatının verilmişdir. Eyni zamanda 2020-ci ilin senytabr ayında keçiriləcək BMT Baş Assambleyasının 75-ci sessiyasında sözügedən qətnamənin icrası ilə bağlı tərtib edilən məruzə xüsusi məruzəçi tərəfindən təqdim olunacaq.

Bununla bağlı Ermənistanın həyata keçirdiyi rasizm və nasizmin dəstəklənməsi ilə bağlı xüsusi mərüzəçiyə təşkilat adından Ramil İskəndərli tərəfindən təqdimat (submission sənədi) hazırlanıb göndərilmişdir.T.ü.f.d., dos. Sübhan Talıblının özünün irəli sürdüyü təkliflər və digər səslənən təkliflər aşağıdakılar olmuşdur.
- Elmi sahədə hər biz azərbaycanlı tarixçi, siyasətçi, filosof, filoloq, arxeoloq, etnoqraf, milli təhlükəszilik və ordu, mətbuat, diaspora və s. sahələrdə araşdırma aparan tədqiqatçı və elm adamları Azərbaycan tarixi, dövlətçilik ənənələri, Dağlıq Qarabağ, milli təhlükəsizliyimiz və s. mövzularda xarici ölkə KİV-lərində, elmi və təhsil mərkəzlərində cıxışlar etməli, xarici dillərdə yazılar yazmalıdır.
- Azərbaycanda və xaricdə fəaliyyət göstərən bütün təşkilatlarımız beynəlxalq aləmdə öz fəaliyyətlərində Azərbaycanın təbliği sahəsində xüsusi fəallıq və hərəyliyin təşviqi dəstəklənməlidir.
- Dünyanın aparıcı iniversitetləri, elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq, Dağlıq Qarabağ haqda birgə kitab, məqalələr yazmalı, dəyrmi masa, disput, layihələr həyata keçirilməlidir.
- Dünya KİV-lərində ermənilərin fəaliyyəti öyrənilməli, eləcə də həmin KİV-də çıxışlar edilməli, ya da həmin çıxaşa qarşı münasibət bildirməlidir.
- Dünyada tarixdən günümüzə kimi Dağlıq Qarabağla bağlı həqiqətlləri əks etdirməyən ermənilər və onlarə dəstəkləyən beynəlxalq və regional dövlətlərin, eləcə də beynəlxalq və regional qurumlar, təşkilatlar, QHT, tədqiqat mərkəzləri və s. araşdırma aparan tədqiqatçıları öyrənməli, onlara elmi, tarixi, siyasi və hüquqi faktlara söykənərək cavablar verilməlidir.
- Xarici dillərdə tədqiqat aparanlara Dağlıq Qarabağ məsələsi, azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı, milli dövlətçiliyimiz və tariximiz haqda yazılarının dərc edilməsində, yayılmasında dəstək edilməlidr.
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Universitetlərində humanitar və ictimai elmlər sahəsində pedaqoji sahədə çalışanların elmi-pedoqoji dərs yükünə Azərbaycanın dünyada təbliğinə (Dağlıq Qarabağ, dövlətilik, tarix, soyqırım və s.) aid hissəsinə dərs saatların artırılması məqsədəuyğun olardı.
- Səfirliklərdə ayrıca KİV-lə əlaqələr üzrə və mədəni əlaqələr üzrə məsul şəxslərin ayrılmasi və bu işin gücləndirilməsinin faydası olardı
2019-cu ilin yanvar ayında təsis olunan Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı ilə indiyədək bir sıra tədbirlər həyata keçirmişdir.
Şəbəkənin əsas məqsədi Azərbaycanda müxtəlif sahələr üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərilməsinə, bu sahədə fəaliyyət göstərən təşkilatlar və mütəxəssislər potensialının səfərbər edilməsidir.
Şəbəkənin fəaliyyətinin texniki-təşkilati təminatı məqsədilə Kaitlbik funksiyasını “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi həyata keçirir.

sia.az

Digər xəbərlər