Siyasət

  • 13 003

Afət Həsənova: Karantin rejiminin uzadılması öz müsbət nəticələrini verməkdədir

image

“Ölkəmizdə koronavirusla mübarizə istiqamətində görülən tədbirlər, o cümlədən sərt karantin rejiminin iyunun 21-dən etibarən yenidən tətbiqi artıq öz müsbət nəticələrini verməkdədir”. Bu fikirləri Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, son günlərin statistikasına nəzər salsaq yoluxanların sayında azalmanın, sağalanların sayında isə artımın müşahidə olunduğunun şahidi oluruq. Əlbəttə ki, bu çox sevindirici haldır və indiyə qədər görülən işlərin nəticəsidir. Lakin bu müsbət tendensiyanın davam etdirilməsi və uğurlu sonluğa çatmaq üçün hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti sona qədər yerinə yetirməlidir. Yəni görülən işlərin tam müsbət nəticə verməsi üçün ictimaiyyətin bütün üzvlərinin dəstəyi olduqca vacibdir.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə koronavirusla bağlı müsbət tendensiyanın müşahidə edilməsi heç bir halda insanlarımızı arxayınlaşdırmamalıdır: "Unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Təəssüflər olsun ki, koronavirus bütün dünyanı ciddi təhdidlə üz-üzə qoymaqda davam edir. Hətta bir sıra ölkələrdə virusun yayılmasında yenidən artım müşhidə olunur. Biz Azərbaycanda da bu cür təcrübənin şahidi olmuşuq. Pandemiyanın yayıldığı ilk dövürlərdə tətbiq olunan xüsusi karantin rejimi sayəsində ölkəmizdə virusa yoluxmaların saynda azalma müşahidə olunurdu, lakin yumşalmadan sonra yoluxmaların sayı artmağa başladı və hökumət yenidən karantin rejimini sərtləşdirmək məcburiyyətində qaldı.
Bu gün biz karantin rejiminin yenidən sərtləşdirilməsinin müsbət nəticələrini görürük. Ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Bunu nəzərə alaraq, dövlət karantin rejimini iyulun 20-dən etibarən yumşaltmağa qərar verib. Lakin bu yumşalma vətəndaşlarımızı arxayınlaşdırmamalıdır. Çünki arxayınlaşıb qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər ki, bu da öz növbəsində karantin rejiminin yenidən sərtləşdirilməsini zərurətə çevirə bilər.
Bu baxımdan əldə olunan müsbət nəticələri sona qədər davam etdirmək üçün və uğurlu sonluğa çatmaq üçün hər kəs karantin rejiminin qaydalarına riayət etməlidir. Qaydalar isə çox sadədir - tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq. Nə qədər qaydalara ciddi riayət etsək o qədər tez karantin rejimindən çıxa və normal həyat tərzinə qayıda bilərik”.

yap.org.az

Digər xəbərlər