Siyasət

  • 11 773

"Ölkəmizdə yol tikintisinə çox milyardlıq investisiyalar qoyulub" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində Qobustan, İsmayıllı, Balakən, Şəki, Qəbələ rayonlarında olmuşdur. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar hər bir rayonda tikintisi başa çatmış sosial obyektlərin, infrastruktur layihələrinin açılışını edib, görülən işlərin keyfiyyətinə nəzarət edib. Eyni zamanda, yerlərdə əhalini narahat edən məsələlərlə maraqlanıb”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.Deputatın sözlərinə görə, həmişə olduğu kimi, bu dəfə də ölkə başçısının, Respublikanın şimal-qərb qapısı sayılan Balakən rayonuna səfəri əlamətdar hadisələrlə tarixə düşüb: ““ASAN” xidmətin regional mərkəzi, 320 yerlik Uşaq İncəsənət Məktəbi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Sözügedən binalar funksionallıq baxımından ən müasir standartlara cavab verməklə, özünəməxsus memarlığı ilə Balakən şəhərinə xüsusi gözəllik verir.Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çox milyardlıq investisiyalar qoyulub. Təsadüfi deyildir ki, Davos İqtisadi Forumunun hesablamalarına görə, ölkəmiz dünyada 34-cü yeri tutub və insan həyatının keyfiyyət meyarları arasında yol infrastrukturunun xüsusi çəkisi vardır. Bütün bunları nəzərə alan cənab Prezident sistemli şəkildə kəndarası yolların yenidən tikilməsi barədə sərəncamlar imzalayır. Hər bir belə sərəncamların televiziya və KİV- lər vasitəsilə elan olunması isə, o bölgələrdə yaşayan on minlərlə insanın sevincinə səbəb olur. Dəfələrlə müxtəlif insanların bir-birini təbrik etməsinin, ölkə başçısına minnətdarlıq etdiklərinin şahidi olmuşam.Təkcə bu gün, “Balakən-Qazbinə-İtitala”, Balakən-Hənifə-Gülüzanbinə” yollarının təqdimatı olub, “Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa” yolunun tikintisi başa çatdırılıb. Regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində Balakən rayonunda çox saylı layihələr icra olunub və hər dəfə baş tutan səfərlərdən sonra yeni vəzifələr müəyyənləşdirilir. Bütün bunlar isə, yerləşdiyi coğrafi ərazidən asılı olmayaraq, dövlət başçısının bütün regionların inkişafına eyni səviyyədə doğma münasibətinin göstərisidir”.

sia.az

Digər xəbərlər