Siyasət

  • 13 099

"Ermənistanın Soros Fondundan maliyyələşməsi KTMT-ni düşündürməlidir" ÖZƏL - AÇIQLAMA

image

"Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan da daxil olmaqla indiki siyasi rəhbərliyinin Soros Fondundan gizlicə maliyyələşməsi məsələsi gündəmdədir. Bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələri də ciddi şəkildə düşündürməlidir". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.Onun sözlərinə görə, Ermənistanın KTMT-ni diskvalifikasiya etməsi, təşkilatın Baş katibini həbs etməsi, bir il ərzində bu təşkilata yeni Baş katibin təyin olunmasına imkan verilməməsi faktları da ortadadır:"Bu məsələlər bütövlükdə həm MDB çərçivəsində, həm də müqavilə çərçivəsində bilinir. Ermənistanın Soros kimi digər ölkələrdə inqilablar və təxribatlar yaradan təşkilatlarla əməkdaşlıq etməsi və maliyyələşməsi özü bir daha göstərir ki, dırnaqarası "demokratiya" adı altında imitasiya var. Ermənistan həmin fondların, gizli təşkilatların maraqlarına xidmət edir. Bu baxımdan həm Rusiyanı aldadır, həm də Qərbi. Eyni zamanda regionda vəziyyətin gərginləşdirilməsinə çalışır. Rusiya ilə qonşu dövlətlərin, həmçinin, Gürcüstan ilə qonşu dövlətlərin münasibətlərinin gərgin olmasına çalışır. Azərbaycan qarşı torpaq iddiası ilə çıxış edir. Eyni zamanda Türkiyəyə və imkan əldə etdikdə bunu İrana qarşı da edər. Bütövlükdə bu ölkə separatizmlə məşğuldur".Ekspert əlavə edib ki, Ermənistandakı son inqilab Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub:"Təsadüfi deyil ki, bu yaxında Soros Ermənistana pandemiya ilə əlaqədər 600 min dollar maliyyə yardımı edib. Əvvəlki hakimmiyyətlərə nifrət olduğu kimi, bu gün də Ermənistanda Paşinyan hakimiyyətinə nifrət formalaşıb. Cənab Prezidentin bildirdiyi kimi, Sorosun əlaltıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqləri ola bilməz. Onlar bu gün də gizli şəkildə bu fondlardan maliyyə alır. Ölkəmizdə də bu fond vasitəsilə zaman-zaman təxribatlar törətməyə cəhdlər edilib. Lakin bu, baş tutmayıb".

sia.az

Digər xəbərlər