Siyasət

  • 14 058

"Dünya birliyi Azərbaycanın haqlı mövqeyini qəbul edir" ÖZƏL-MÜNASİBƏT

image

“Dağlıq Qarabağ Respublikası” yoxdur. Belə bir respublikanı heç kim tanımır. Erməni xalqı özünü aldatmasın. Biz ermənilərin irəli sürdüyü bütün şərtləri rədd edirik və zibil qutusuna atırıq. Erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev, Balakən rayonunda “Asan” xidmətin regional mərkəzinin açılışında səsləndirib.Məsələ ilə bağlı SİA-ya açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bunları deyib: “İyul ayının 12-14-də Tovuz rayonunda baş vermiş təxribatlardan sonra Azərbaycan Ordusunun layiqli cavabı və xalqımızın nümayiş etdirdiyi həmrəylik, xarici ölkələrdə soydaşlarımızın keçirdikləri aksiyalar, Ermənistan cəmiyyətində parçalanmalara, qarşıdurmalara səbəb olub. Çox böyük ümidlə gözlədikləri, əsasən, uzun illər manipulyasiya etdikləri KTMT-ı daxil olmaqla, heç bir beynəlxalq təşkilat və yaxud böyük dövlətlər tərəfindən açıq dəstək ala bilmədilər. Əksinə, Qoşulmama Hərəkatı, İƏT, Türk Şurası, ABŞ Konqresi, Britaniya Parlamenti, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə həmməruzəçiləri Ermənistanı işğalçı dövlət olaraq tanıdılar. Çünki heç bir özünə hörmət edən beynəlxalq təşkilat və yaxud dövlət, işğalçını dəstəkləməklə, adını ləkələmək istəmir. Bu, onun göstəricisidir ki, dünya birliyi Azərbaycanın haqlı mövqeyini qəbul edir. Azərbaycan xalqı neçə illər keçməsinə baxmayaraq, öz təbii hüquqlarından imtina etməyəcəkdir. Qarabağı zamanla unutdurmaq, (ermənilər və onlara havadarlıq edənlərin istinad etdikləri) ideyası özünü doğrultmur.Hadisənin baş verdiyi andan qardaş Türkiyənin siyasi rəhbərliyinin bir mənalı, qəti şəkildə ölkəmizə dəstək nümayiş etdirməsi, TBMM-də təmsil olunmuş əsas siyasi partiyaların birgə bəyanatından sonra qorxuya düşən düşmən KTMT-a müraciət etdi. Lakin son iki il ərzində həmin təşkilat daxilindəki “fəaliyyətinə” görə layiq olduqları yer göstərildi. Əvvəlcədən planlaşdırılmış, real döyüş şəraitinə uyğun, geniş miqyaslı Türkiyə-Azərbaycan hərbi təlimlərinin başlaması isə, ermənilərin yuxusuna əməlli başlı zəhər qatmışdır.Türk silahlı qüvvələri Azərbaycan ərazisinə daxil olandan bəri erməni əsgərləri ordudan qaçmağa başlayıblar. Mülki vətəndaşların əvvəllər də müşahidə olunan miqrasiyası, son günlər Gürcüstan ərazisindən keçməklə intensivləşib. Ermənistan xəbər saytları belə, bu qaçışı gizlətmirlər. Hökumət və dünya erməniliyi əsl ağlaşma qurublar. Aya Sofya məsələsindən tutmuş, ən cüzi məsələlərdən istifadə etməklə, Türkiyə və Azərbaycanla münasibətlərə dini don geyindirərək, beynəlxalq ictimaiyyəti əleyhimizə qaldırmağa cəhd edirlər.Cənab Prezident erməni xalqına yaxşı məsləhət verdi. Ermənilər başa düşməlidirlər ki, Azərbaycan artıq 90-cı illərin geridə qalmış zəif ölkəsi deyil. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına daxildir. Azərbaycan əsgəri ən müasir silahlarla təchiz olunmuş, torpaqları azad etmək üçün ölümün gözünə qorxmadan baxan, vətəni üçün istənilən anda şəhid olmağı özünə şərəf bilən əsgərdir. Tarixin acı ironiyası ilə, 100 il bundan əvvəl dünyada baş vermiş geosiyasi oyunların nəticəsində iki qardaş ölkənin arasına soxularaq özlərinə yuva qurmuş erməni xalqı başa düşməlidir ki, bu düşmənçiliyin sonu acınacaqlı ola bilər. Gec-tez Azərbaycan xalqı Qarabağı və ətraf rayonları azad edəcəkdir. Buna kimsənin şübhəsi olmasın”.

sia.az

Digər xəbərlər