Siyasət

  • 13 780

"COVID-19-la mübarizədə ölkəmizi dünyaya nümunə kimi göstəmək olar" ÖZƏL - AÇIQLAMA

image

"COVID-19-a qarşı ölkəmizdəki mübarizə tədbirlərini bütün dünyaya nümunə kimi göstəmək olar. Bunun həm dünya mətbuatı, həm də Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü olan deputatı Cavid Osmanov deyib.Onun sözlərinə görə, dünyada pandemiya dövrü ilə əlaqədar bir çox sahədə geriləmələr baş verdiyi halda Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə daha çox sosial sahədə bir sıra layihələrə imza atıldı və insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox ciddi işlər görüldü:"Bu günlərdə ölkə rəhbəri növbəti dəfə regionlara səfər etdi. Prezidentin tapşırığı ilə yeni modul tipli xəstəxanaların qurulması nəzərdə tutulmuşdu və 4 rayonda bu xəstəxanaların açılışı oldu. Prezident İlham Əliyev Şəki şəhərindəki modul tipli xəstəxananın açılışında iştirak edərək geniş nitq söylədi. Qeyd etdi ki, Azərbaycan dövləti pandemiya dövründə vətəndaş amilini ön plana qoyaraq onun sağlamlığının qorunması istiqamətində addımlar atdı. Son 16 ildə ölkəmizin səhiyyə infrastrukturunun yenilənməsi nəticəsində 40-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş xəstəxanalarda koronavirusa yoluxmuş vətəndaşlarımızın müalicəsi aparılır. Bununla da ilk növbədə daha çox çarpayı yerinin təmin edilməsi insanların daha tez sağalmasına istiqamətləndi".O vurğulayıb ki, ölkə Prezidentinin tapşırığı əsasında 10 modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulmuşdu ki, artıq 9-u istifadəyə verilib və onlardan biri də avqust ayında istifadəyə veriləcək:"Bununla yanaşı Fövqəladə Hallar Nazirliyinin nəzdində 800 çarpayı yerlik modul tipli xəstəxananın açılışı da həyata keçirilmişdir. Bu gün pandemiya dövründə 6 min çarpayı yerlik xəstəxanaların bu virusa yoluxan insanların sağalması üçün quraşdırılması başa çatmaq üzrədir. Demək olar ki, pandemiyanın ilk dövrlərdə bütün dünyada tüğyan etdiyi vaxtlarda müəyyən qədər ajiotaj yaranmışdır. Tibbi maskaların, kombinzonların və digər qoruyucu vasitələrin qıtlığı müşahidə olunurdu. Lakin, ölkəmizdə qısa müddətdə Prezidentin tapşırığı ilə Sumqayıt Kimya Parkında 2 yeni müəssisə yaradıldı. Bununla da həm tibbi maska, həm digər tibbi ləvazimatlar istifadəyə verildi, həm də tibbi kombinzonların və digər bu kimi qoruyucu vasitələrlə bağlı digər ölkələrdən asılılığımızın qarşısını alındı.Həmçinin, testlərin sayının çox olması və qısa müddət ərzində laboratoriyaların sayının çoxaldılması ölkə Prezidentinin tapşırığı ilə həyata keçirilmişdir. Bu gün 700 mindən çox Azərbaycan vətəndaşı testdən keçmişdir ki, bu sahədə Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən hesab etmək olar. Həmçinin, pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqqının 3-5 mislində artırılması da bu istiqamətdə atılmış müstəsna addımlardan biridir".Millət vəkili Cavid Osmanov qeyd edib ki, ümumilikdə COVID-19-a qarşı aparılan ölkəmizdəki mübarizə tədbirlərini bütün dünyaya nümunə kimi göstəmək olar:"Bunu dünya mətbuatı da, Ümumdünya Səhiyyə Təşkilatı da təsdiq edir. Pandemiya ilə mübarizədə Azərbaycan həm də regional və qlobal ruhda da çıxış etmişdir ki, bu istiqamətdə iki dəfə ÜST-ə 5 milyon dollar vəsait köçürülmüş və 30-dan çox ölkəyə müxtəlif humanitar yardımlar göstərilmişdir.Bütün görülən işlərlə yanaşı insanlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təsirli layihələr həyata keçirilmişdir. Bu istiqamətdə 3,5 milyarddan çox vəsait xərclənmişdir. Ölkə Prezident qeyd etdi ki, biz istənilən qədər, həm sosial, həm də tibbi sahəyə vəsait ayırmağa hazırıq və Azərbaycan dövlətinin buna kifayət qədər gücü var. Lazım olduqca istənilən məbləğ və vəsait bu istiqamətdə ayrılacaqdır".

sia.az

Digər xəbərlər