Siyasət

  • 12 311

Ermənistan Azərbaycan qarşısında hərbi, siyasi, iqtisadi baxımdan acizdir - ŞƏRH ÖZƏL

image

"Yaşanan son olaylar göstərir ki, həqiqətən də Ermənistan öz xarici siyasətinin uğursuzluğunu nümayiş etdirir və eyni zamanda Ermənistanın Azərbaycan qarşısında hərbi, siyasi, iqtisadi baxımdan acizliyini göstərir. Belə vəziyyətdə Ermənistan ümumiyyətlə yürütdüyü yarıtmaz siyasətdə bir daha götür-qoy etməlidir. Çünki illərlə aparılan bu siyasət heç bir fayda verməyib, lakin erməni tərəfi bütün bunlardan düzgün nəticə çıxarmır. Düşünürlər ki, bu uğursuz siyasəti dəyişməklə və ya təkmillədirməklə onlar nəyəsə nail ola bilərlər". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Onun sözlərinə görə, erməni tərəfi tərəfi düşünür ki, istər hərbi, istər diaspora sahəsində öz səylərini sərtləşdirsələr onlar hansısa uğura imza atacaqlar: "Ermənistanda diaspora ilə bağlı məsələlərə nəzərə salsaq Diaspora Komitəsinin sədri Sinoyan əslində Amerika mənşəli və uzun illər Kaliforniyada yaşayan ermənidir. Demək olar ki, o Amerika diasporasının tövsiyyəsi ilə işləyən bir adamdır. Amerika diasporası da Azərbaycanla və Türkiyə ilə bağlı çox sərt mövqelərdə dayanan diasporadır. Onların sifarişi ilə hərəkət edən adam təbii ki, həmin diasporanın dəsti-xəttindən kənara çıxmayacaq və nəticədə sərt siyasi dəsti-xətt bu cür acınacaqlı vəziyyətə gətirib çıxarıb".İ.Vəlizadə vurğulayıb ki, Ermənistanda diaspora sahəsində kriminallaşma gedir və orada kriminal qruplar dominantlıq edir: "Bütün bu hadisələr kriminal qrupların artıq üzə çıxdığını göstərir. Onlar azərbaycanlılara qarşı vəhşilik törədirlər. Əlbəttə ki, Paşinyan hazırki vəziyyətlə qane ola bilməz. Amma bütün bunlara baxmayaraq Paşinyanın atdığı addımlar göstərir ki, Ermənistan bu siyasətdən əl çəkən deyil. Düşünürəm ki, üzümüzə gələn aylarda Azərbaycan hərbi, siyasi, diplomatik addımlarında Ermənistanı geridə qoymağa davam etsə, bu vəziyyət bilavasitə Ermənistanın daxili siyasətinə də öz mənfi təsirini göstərəcək. Çünki Ermənistan daxilində də Paşinyan siyasətini dəstəkləyən insanların sayı gün keçdikcə azalır. Bu gedişlə ehtimal olunur ki, Ermənistanda yeni meydan hərəkatı əmələ gələcək və bütün hallarda bunlar Ermənistanın xeyrinə nəticələnməyəcək".

sia.az

Digər xəbərlər