Siyasət

  • 16 755

“Radikallar milli çıxarlarımızın əleyhinə gedirlər” ÖZƏL-MÜNASİBƏT

image

Azərbaycanda bir qisim radikal insanlar var ki, çəkinmədən, utanmadan özlərini demokratik müxalifət adlandırırlar. Normalda, bu, hər kəs tərəfindən qəbul edilən anlayışdır. Hər hansı bir şəxsin, yaxud qrupun mövcud hakimiyyətin siyasətini bəyənməməsi demokratik toplum üçün adi haldır. Belə cəmiyyətlərdə müxalifət ortaya alternativ proqramlar qoyur, insanları öz ideyaları ilə tanış edir, sivil metodlarla mübarizə aparır, seçkiləri, hakimiyyətə gəlmək üçün əsas yol hesab edir və s. Amma bizdəki radikallar vətənimizin maraqlarına zərbə vurur, milli çıxarlarımızın əleyhinə gedirlər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Partiya səfri vurğulayıb ki, bunların, bu radikalların isə, göründüyü kimi, demokratiya ilə yaxından, uzaqdan əlaqəsi yoxdur.“Türkiyə türkcəsində bir ifadə var: yozlaşmış demokrasi, yəni degenerasiyaya uğramış demokratiya. Hakimiyyətlə dövlətin, müxalifətçiliklə düşmənçiliyin fərqinə varmamaq, gerçəkdən, elə degeneratlıqdır.

Baxın, uzun illərdir ki, ABŞ -da oturub YouTube üzərindən Azərbaycana internet kanalı vasitəsilə verilişlər yayan Sevinc Osmanqızı müxalifətçilik adı altında addımbaşı doğulub böyüdüyü, çörəyini yediyi, pulsuz ali təhsil aldığı ölkəmizə hədyanlar yağdırır, xalqımızı aşağılayır, erməniləri dəstəkləyir.Tovuz hadisələri zamanı Avropada, ABŞ -da, digər ölkələrdə yurddaşlarımıza qarşı vandalizm aktları törədən, güc tətbiq edən, xəsarət yetirən radikal erməni gənclərinin, daşnaksütün partiyasının fəallarının, terrorçu ASALA təşkilatının üzvlərinin cinayət əməllərinə haqq qazandıran bu degenerat növbəti cəfəng və iyrənc fikirləri ilə yenə ölkəmizə şər atır. Atasını Qarabağda ermənilər öldürmüş yozlaşmış demokrat Sevincin iddialarına görə, 1990-cı ilin 13 yanvarında Bakıda guya azərbaycanlılar paytaxtımızda yaşayan ermənilərə qarşı "poqrom" həyata keçirmişlər. Milli hisslərdən məhrum, mənəvi dolğunluqdan kasad olan ermənipərəst jurnalistin ağzı köpüklənə-köpüklənə bu yalanları dünyaya yayması səbəbsiz deyil. ABŞ-dakı erməni diasporunun və hazırkı Ermənistan hakimiyyətinin əsas sponsorlarından olan Sorosun pulu ilə Amerikada kef çəkən birindən nə gözləmək olar ki? Bu qadın özünü elə bir tora salıb ki, sabah ağaları ona əmr etsələr, get hansısa bir əzizinin qanlı köynəyini gətir, o, bunu da edər. Atasının ruhundan utanmayandan nə desən gözləmək olar!Ermənilər Osmanqızının bu iddiaları ilə tarixi saxtalaşdırmaq, bizi mövcud münaqişənın günahkarı kimi dünyaya təqdim etmək istəyirlər. Sözügedən yalanların heç bir hüquqi və tarixi əsası yoxdur. Bildiyiniz kimi, 90-cı ilin yanvarında SSRİ DTK-sı Bakıda erməni zorakılıqları təşkil etmişdir. Orta və yaşlı nəslin nümayəndələri həmin günləri yaxşı xatırlayırlar. Burada iki məqsəd var idi: Azərbaycandaki Milli Azadlıq hərəkatını boğmaq, Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün zəmin hazırlamaq. Lakin xalqımız Moskvanın bu təxribatının genişlənməsinə imkan vermədi, Bakıdakı erməniləri qorudu. Ümumiyyətlə, bir xalq olaraq, biz dilindən, dinindən, milli mənsubiyyətindən, irqindən asılı olmayaraq, hər kəsə insan münasibəti bəsləmişik. Belə olmasaydı, günü bu gün təkcə paytaxt Bakıda minlərlə erməni əsilli adam yaşamazdı. Amma ermənilərin apardıqları etnik təmizləmə nəticəsində düşmən dövlətin ərazisində bir nəfər də olsun soydaşımız yoxdur. Digər millətlərin nümayəndələrini saymaq üçün əlimizdəki barmaqlar cəmi yetər.Tarix hər şeyi öz yerinə qoyacaq. Biz ermənilərin cəzasını mütləq verəcəyik. Xocalının, şəhidlərimizin, o cümlədən, Sevincin atası Osman Mirzəyevin də intiqamını alacağıq. İşğal altındakı torpaqlarımıza qayıdacağıq. Lakin Sevinc Osmanqızının Bakıya gəlməyə, atasının qəbrini ziyarət etməyə üzü olacaqmı?..”, deyə Mayis Səfərli bildirib.

sia.az

Digər xəbərlər