Siyasət

  • 15 965

Ermənilərin Azərbaycana qarşı çirkin əməlləri əks effekt verdi - MÖVQE ÖZƏL

image

"Nikol Paşinyan Ermənistan Diaspora Komitəsinin ofisində təmizləmə işlərinə başlayıb. Burada əsas məqam ondan ibarətdir ki, məhz Tovuz hadisələrindən sonra dünyanın bir sıra dövlətlərində olan diaspora təşkilatları, eyni zamanda xarici ölkələrdə yaşayan ermənilər onun siyasətini birmənalı şəkildə dəstəkləyə bilmədilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, siyasi şərhçi Arzu Nağıyev deyib.Politoloqun sözlərinə görə, ermənilər tərəfindən xoşagəlməz hadisələr, təxribatlar törədilməsinə, hətta azərbaycanlılara qarşı qərəzli hücumlar, onların döyülməsi faktları olmasına baxmayaraq hər hansı ciddi addım ata bilmədilər: "Həmçinin Ermənistanın xaricdəki səfirlikləri də müvafiq addımlar ata bilmədi ki, bu da Xarici İşlər Nazirliyinin zəifliyindən xəbər verir. Bundan başqa istər ABŞ-da, istər Avropa ölkələrində, istərsə də Rusiyada Azərbaycan səfirliklərinə hücumlar, törətdikləri çirkin əməlləri əks effekt verdi. Buna görə də, düşünürəm ki, Paşinyan diaspora təşkilatında təmsil olunan şəxslərin işdən azad olunması kimi ciddi addımlar atdı".A.Nağıyev vurğulayıb ki, müharibə tək sərhədlərdə getmir, eyni zamanda diaspora işində və başqa istiqamətlərdə də gedir: "Burada Azərbaycanın atdığı addımları təqdirəlayiqdir. Bu sahədə də Azərbaycan üzüağ və qalibiyyətlə çıxdı. Bu məsələdə Azərbaycan vətəndaşının mütəşəkkil olması çox mühüm məsələ idi ki, biz buna nail olduq. Həm ermənilərin havadarları, həm də bir sıra böyük supergüclər bir daha başa düşdülər ki, ermənilərin əsas məramı, məqsədi faşizmin təbliği, başqa dövlətin ərazi bütövlüyünü təxribat yolu ilə ələ keçirmək, Azərbaycan dövlətinin suverenliyinə qəsd etmək və həmçinin ölkə daxilində olan qarşıdurmanın qarşısının müəyyən bir yolla alınmasından ibarətdir. Bütün bunlar Azərbaycan diplomatiyasının qələbəsi kimi düşünlə bilər. Təbii ki, qarşıda görüləsi işlər çoxdur. Lakin Azərbaycan Prezidentinin apardığı xarici siyasətin məqsədi kəskin, qanun çərçivəsində və beynəlxalq hüquqi normalara əməl etməklə qələbəyə nail olmaqdan ibarətdir".

sia.az

Digər xəbərlər