Siyasət

  • 15 678

“Hitler Almaniyası ilə Ermənistan arasında heç bir fərq yoxdur” ÖZƏL-ŞƏRH

image

Əslində, Hitler Almaniyası ilə Ermənistan arasında heç bir fərq yoxdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.Mərkəzin rəhbəri qeyd edib ki, Hitler də hakimiyyətə gələndə başqa millətlərə qarşı müharibə elan etdi, Almaniyanı böyütmək xülyasını ortaya atdı, yəhudiləri qırmağa başladı, eyni ilə Ermənistan hakimiyyəti, erməni millətçiləri də SSRİ-nin dağılmasını fürsət gözləyirmiş kimi azərbaycanlılara qarşı soyqırımlara başladılar, Ermənistandan əvvəlcə qovdular və eyni proses Dağlıq Qarabağda davam etdirildi.
“Çox təəssüf ki, dünya buna, ermənilərin bu işğalçılıq siyasətinə göz yumdu. Dünya bir vaxtlar Hitlerin eybəcərliklərinə də göz yumurdu. Bir faktı xatırladım ki, Hitlerin iştahası artıb ölkələri zəbt etməyə başlayanda bəzi Avropa ölkələri düşünürlər ki, Hitler Almaniyası ilə müharibə əvəzinə onu sakitləşdirsinlər. Almaniyanın Münhen şəhərində Britaniyanın baş naziri, başqa dövlət başçıları gəlirlər, Hitlerlə görüşürlər və Çexoslavakiyanın işğalına göz yumurlar və onun da qarşılığında düşünürlər ki, Hitler Çüxoslavakiya ilə kifayətlənəcə. Amma belə olmur, Hitler Çexoslovakiyanı götürəndən sonra Polşaya hücum edir və ondan sonra Avropa dövlətləri məcbur qalıb Hitler Almaniyasına qarşı müharibə elan edirlər. Yəni biz ermənilərin iç üzünü yaxşı tanıyırıq, amma çox təəssüf ki, bizdən başqa avropalılar o qədər də yaxşı tanımırlar.
Xocalı soyqırımından sonra, “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməzlər və biz bu stereotipi qıra bildik”, deyən Serj Sarkisyan bu soyqırımı törətdiyini etiraf edir. Yaxud Koçaryanın, “azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməz” sözləri o deməkdir ki, Dağlıq Qarabağın işğalına, azərbaycanlıların zorla köçürülməsinə haqq qazandırılır. Tarixdən də bəllidir ki, ermənilərin beyinlərinə o da yeridilir ki, guya Ermənistan böyük dövlətdir, üç dənizlə əhatə olunmalıdır. Bu, təkcə Azərbaycana qarşı ərazi iddiası deyil, bu, Gürcüstana da, Türkiyəyə də ərazi iddiasıdır. Hələ Rusiyanın Şimali Qafqaz torpaqlarına da iddiası var. Sadəcə, indi bunu gündəmə gətirə bilmirlər, çünki Rusiyanın nökəridirlər, amma imkanları olsa, onu da dilə gətirərlər.
Çox təəssüf ki, ermənilərin bu təbliğatına qarşı yalnız Azərbaycan və Türkiyə mübarizə aparır, digər ölkələr, o cümlədən Gürcüstan da Ermənistanın bu hiyləgər planlarına hələ ki, müşahidəçi mövqedədirlər. Amma boş xülyalar, necə ki, Sarkisyan deyirdi ki, “biz Qarabağı aldıq, gələcək nəsil də Türkiyə ərazilərini almaq barədə düşünsün”, bu, çox gülüncdür. Birincisi, onlar Qarabağı almayıblar, müvəqqəti olaraq işğal ediblər və Azərbaycan xalqı da, Azərbaycan hakimiyyəti də qəti mövqe ortaya qoyub ki, biz o torpaqları geri alacağıq. Dağlıq Qarabağ və ətrafındakı kiçik əraziləri saxlaya bilməyən Ermənistan Türkiyəyə necə ərazi iddiası irəli sürə bilər? Bunlar hamısı xülyadır. Yəni, doğulurlar, yaşlaşırlar və bu xülya ilə yaşayırlar, elə bu xülya ilə də öləcəklər”, deyə Elxan Şahinoğlu bildirib.

sia.az

Digər xəbərlər