Siyasət

  • 17 177

Sevinc Həsənova: Dövlət büdcəsində nəzərdə tutulan azalmaların əhaliyə təsiri olmayacaq

image

“Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bu azalmaların əhaliyə heç bir təsiri olmayacaq. Nəzərdə tutulan bütün sosial layihələr yerinə yetiriləcək”. Bu fikirləri İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi müsbətdir.
“Qurum ölkənin müdafiə qabiliyyətinin artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyaclarının yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırdığına görə atılan addımları zəruri hesab edir”-deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər