Siyasət

  • 24 486

“Özəl sektorda çalışan 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib” – Bəhruz Quliyev

image

"Ölkəmizin başçısı cənab İlham Əliyev atdığı bütün addımları ilə bir daha sübut edir ki, o hər bir azərbaycanlının Prezidenti, hər bir vətəndaşın qayığkeşidir". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev pandemiya dövründə dövlət rəhbərliyinin sosial problemlərin aradan qaldırılması, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi qərarları və Sərəancamları şərh edərkən deyib.Onun sözlərinə görə, məhz bu amil isbat edir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır: "Artıq bir neçə aydır ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Məhz belə bir zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri hətta dünyanın ən aparıcı ölkələri üçün nümunə etalonu ola bilər. Xüsusilə, belə bir vəziyyətdə müəyyən problemlərlə qarşılaşan vətəndaşların məsələləri həll edilir, nəzarətə götürülür və müvafiq qurumlar cənab Prezidentin tapşırığı ilə tədbirlər planlarını həyata keçirirlər. O da əbəs deyil ki, dövlət büdcəsindən, həmçinin Prezidentin Ehtiyat Fondundan həmin istiqamətdə böyük məbləğdə vəsaitlər ayrılır. Eləcə də qəbul edilən çoxistiqamətli paketlər sistemində elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorunması üçün əhəmiyyətli addımlar atılıb".Siyasi ekspert əlavə edib ki, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların da əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb və bəlli olduğu kimi, dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib, həmçinin özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs də bu dəstəkdən öz töhfəsini alıb: "Digər tərəfdən, onu da nəzərə alarsaq ki, təkcə 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha Prezident İlham Əliyev cənabarının, dövlətimizin, aparılan siyasətin humanist mahiyyətini göstəirr, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərir. Həmçinin əldə edilən digər uğurlar və statistik göstəricilər də məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır. Belə ki, qeyd edilənlərlə yanaşı, dövlət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib və ən əhəmiyyətli məqamlardan biri də budur ki, elektron sistem üzərindən reallaşdırılan proseslərə gündəlik nəzarət edilir, yarana biləcək hər hansı bir problem dərhal aradan qaldırılır. Bu baxımdan, artıq məniliklə deyə bilərik ki, qeyd edilən hər bir faktorun nəticəsi - əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verilən hər bir qərar, atılan hər bir addım cənab Prezident İlham Əliyevin daim xalqının, vətəndaşının yanında olması amilini təsdiq edir. Əlbəttə ki, xalq da dövlətinin, Prezidentinin ətrafında daha da sıx birləşərək, istənilən ümumi problemlərin qısa zamanda aradan qaldırılacağına inanır, öz dövlətinə, ölkə Liderinə güvənir, Ona olan etimadını təcəssüm etdirir".

sia.az

Digər xəbərlər